Təlim və inkişaf üzrə koordinator

  • Code Academy
  • Elanın qoyulma tarixi: 27.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

Təlim və İnkişaf üzrə Koordinator olaraq siz Akademiya daxilində mövcud təlim proseslərinin tətbiqi, həmçinin yeni təlim və inkişaf proseslərinin və layihələrinin hazırlanmasında aktiv iştirak edəcəksiniz. Əlavə olaraq bu vəzifədə siz tədris prosesinin mövcud siyasət və prosedurların tətbiqi, analizi və araşdırmalar əsasında yenilənməsini etməklə Akademik heyətin effektiv inkişafına dəstək olacaqsınız. Əlavə vəzifə öhdəlikləri isə aşağıdakı kimidir:

  • Akademik heyətin inkişafı proqramı üzrə təlim ehtiyaclarını aşkarlamaq, davamlı araşdırmalar etmək, proqram çərçivəsində təlimlərin təşkili və təlim prosesinə nəzarət;
  • Akademik heyət üçün işə qəbul və orientasiya təlimlərinin təşkili;
  • Təşkil olunan təlimlərin nəticələrini izləmək, analizlərin nəticələrinə uyğun hərəkət etmək;
  • Akademik heyət üçün tədris prosesindən kənar tədbirlərinin təşkilində iştirak;
  • Tədris prosesinin keyfiyyətli şəkildə qaydalar və siyasətlər çərçivəsində tətbiqinə nəzarət;
  • Heyətin məmnunluğu ilə bağlı sorğuların təşkili;
  • Tələbələrin məmnuniyyəti ilə bağlı keçirilmiş sorğuların analizi və müvafiq məsələlər üzərində iş;
  • Dərs planlanması prosesində iştirak;
  • Akademik heyətlə əlaqəli aylıq, rüblük və illik hesabatların hazırlanması;
  • Daxili görüşlərin təşkili, görüş sonrası iş bölgüsünün qeydiyyatı və tətbiqinin izlənməsində iştirak.

Tələblər:

  • İdarəçilik, iqtisadiyyat və ya müvafiq sahədə təhsil;
  • Təqdimat və vizuallaşdırma bacarıqları;
  • Azərbaycan dilində səlis və ingilis dilində orta səviyyədə bilik;
  • Araşdırma bacarığı;
  • Rəqəmsal alətlərdən istifadə səlisliyi;
  • Komanda yönümlülük və quruculuq işləri üzrə təşəbbüskarlıq;
  • Ünsiyyət qabiliyyəti;
  • Təhsil sahəsində özünü inkişaf etdirmək istəyi;
  • Detallara yönümlülük;
  • Müvafiq sahə üzrə və ya akademik heyətlə iş təcrübəsi üstünlükdür.

 

https://glorri.com/code/638f59148cfac63ad80dc6ba-T%C9%99lim%20v%C9%99%20inki%C5%9Faf%20%C3%BCzr%C9%99%20koordinator?sources