Satınalmalar üzrə kiçik mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Daxili verilənlər bazalarını sifariş təfərrüatları (tarix, satıcı, miqdar, endirim və s.) ilə yeniləmək;
  • Yeni təchizatçıları və qiymət aralığını müəyyən etmək üçün bazar araşdırmasını aparmaq;
  • Mövcud satınalma müqavilələrinin nəzərdən keçirmək və yenilərini hazırlamaq;
  • Fakturaların və müqavilələrin yenilənmiş məlumatlarının qeydə almaq;
  • Sifarişləri təsdiqləmək və ya dəyişdirmək üçün təchizatçılarla əməkdaşlıq etmək;
  • Sifariş edilən məhsulların yaxşı vəziyyətdə çatdırılmasını təmin etmək üçün anbar işçiləri ilə işləmək;
  • Sifarişləri izləmək və vaxtında çatdırılmasını təmin etmək;
  • Ödənişlərin vaxtında həyata keçirilməsi üçün maliyyə şöbəsini lazımi sənədlərlə təmin etmək;
  • Dəqiqliyi təmin etmək üçün mağaza menecerləri və təchizatçılarla aktları nəzərdən keçirmək;
  • Birbaşa rəhbər tərəfindən təyin edilmiş digər öhdəlikləri yerinə yetirmək;

Tələb olunan təcrübə və bacarıqlar:

  • Biznesin idarə edilməsi, təchizat zəncirinin idarə edilməsi və ya oxşar sahədə bakalavr dərəcəsi;
  • Oxşar vəzifədə 1-2 il iş təcrübəsi;
  • Müqavilələr və sənədləşmələr haqqında anlayış;
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti (rus və ingilis dilləri arzuolunandır)
  • MS Office proqramlarından peşəkar istifadə;
  • Təşəbbüskarlıq və fərqli kontekstlərlə işləmək bacarığı;
  • Peşəkar ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Vaxtın səmərəli idarə edilməsi bacarığı;

Necə müraciət etmək olar:

Bacarıqları və təcrübələri yuxarıda qeyd olunan meyarlara cavab verən namizədlər CV-lərini göndərmələri və email-in mövzu hissəsində vəzifənin adını qeyd etmələri xahiş olunur.

Namizədlərin CV-ləri qiymətləndirilməsi üçün 9 fevral 2023-cü il tarixi saat 18.00-a qədər qəbul ediləcək.

Email:  [email protected]

İşəgötürənin reytinqi

Blue Planet Distribution tərəfindən digər vakansiyalar