Daxili Audit Departamentinin Aparıcı müfəttişi

  • Bank of Baku
  • Elanın qoyulma tarixi: 25.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat)
  • Sahə üzrə 1-3 il iş təcrübəsi
  • Azərbaycan dili - əla, rus və ingilis dilləri – yaxşı
  • MS Office proqramları ilə sərbəst işləmə bacarığı (MS Excel-də praktik işləmə bacarığı), SQL arzuolunandır
  • Yüksək təhlil qabiliyyəti
  • Əlavə İT biliklərinə (SQL, VBA və s.) malik namizədlərə üstünlük veriləcək
  • Audit üzrə yerli və beynəlxalq qanunvericilik, beynəlxalq audit standartları üzrə biliklər
  • Xarici audit şirkətində iş təcrübəsi olanlara üstünlük verilir

Əsas vəzifə və öhdəliklər:

  • Təsdiq olunmuş illik audit planına əsasən, audit layihələrinin həyata keçirilməsində iştirak etmək;
  • Audit layihəsi çərçivəsində müəyyən olunmuş audit prosedurları həyata keçirmək (biznes proseslərin sahibləri ilə müsahibələr aparmaq, məlumat toplamaq, əldə olunan məlumatı təhlil  etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında qrup rəhbərinə vaxtaşırı məlumat vermək.
  • Bankın fəaliyyəti üzrə daxili nəzarət sistemlərinin mövcudluğu, effektivliyinin və adekvatlığının qiymətləndirilməsi.
  • Audit olunan strukturlar və biznes proseslər üzrə fəaliyyətin səməriliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsi
  • Audit olunan strukturlar və biznes  proseslər üzrə fəaliyyətinin mövcud daxili qaydalara və bank qanunvericiliyinə müvafiqliyinin qiymətləndirilməsi
  • Audit nəticələri və aparılmış təhlillərə dair hesabatların tərtib edilməsi
  • Audit fəaliyyəti ilə bağlı qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələrin həyata keçirməsi.

İş şərtləri:

  • Iş vaxtı: 5 iş günü, 09.00-18.00
  • İş yeri: Baş Ofis

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri  subject bölməsində , “Aparıcı müfəttiş” qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi