İşin təsviri
Vəzifə öhdəlikləri:
- Qarşıya qoyulan satış hədəflərinin yerinə yetirilməsi;
- Bişirilən yeməklərin məclislər üçün (xeyir-şər məclisləri) çatdırılmasının təşkil edilməsi;
- Müştərilərin vaxtında, planlı şəkildə ziyarət edilməsi;
- Müştərilərlə rahat ünsiyyət qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, sualların əsaslandırılmış formada cavablandırılması;
- Gündəlik nəticələr haqqında hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Namizədə tələblər:
- Qida və ya catering sahəsində minimum 2-3 il iş təcrübəsi
- Yüksək səviyyədə danışıqların aparılması üzrə bacarıqlar
- İşi planlamaq bacarığı
- Aktivlik və dəqiqlik
- Şəhəri yaxşı tanımalı
- Şəxsi avtomobil (Yanacaq şirkət tərəfindən təmin olunacaq)
- Yaş həddi 25-45 yaş arası
İş şərtləri:
- 5 günlük iş qrafiki (09:00-18:00);
- Əmək haqqı: 500 azn fix+satışdan faiz
- Karyera inkişafı imkanı
- İş yeri 9-cu mkr-da yerləşir (Heydər Məscidinin yanı)
- Nahar şirkət tərəfindən təmin olunur.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Satış üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Email: [email protected]