1C üzrə Operator

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətlərin mədaxil və məxaric sənədlərinin hazırlanması;
  • Müəssisənin göndərilən və gələn elektron qaimələrinin və alış aktlarının 1C proqramına yığılması;
  • Fakturaların qeydiyyatı və onlara nəzarət edilməsi;
  • İlkin mühasibatlıq sənədlərinin hazırlanması;
  • Yük-gömrük bəyannamələrini 1C proqramına yığılması;
  • İstehsal olunan məhsulların vahidinə tələb olunan xammal və material sərfi normalarını əlaqədar şəxsdən tələb edilməsi;
  • Şöbə rəhbərinin işlə bağlı göstərişlərini vaxtında icra etmək.

Namizədə tələblər:

  • Orta ixtisas və ya Ali təhsilli;
  • Azərbaycan dilində mükəmməl, rus dilini orta səviyyədə bilmək;
  • Azərbaycan Respublikasının Verqi Məcəlləsini və Mühasibat uçotunun hesablar planının tətbiqinin əsas müddəalarını bilməli;
  • Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək;
  • 1C (8.2) mühasibatlıq proqramında işləmək bacarağı; 
  • Məsuliyyət, düzgünlük, dəqiqlik, etibarlılıq və stressə davamlılıq kimi müsbət göstəricilərə sahib olmaq; 
  • Analitik təhlil bacarığı.

 

İş rejimi: 5 günlük (bazar ertəsi-cümə günü)

İş vaxtı: 09:30-dan 18:00-dək

İstirahət günləri: şənbə və bazar 

Əmək haqqı: 400 manat (artan)

Maraqlananlar CV-lərini elektron ünvanına 31.01.2023-cü il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində “1C Operator” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Email: [email protected]