İşin təsviri
Vəzifə öhdəlikləri:
- Şirkətin fəaliyyət istiqaməti ilə əlaqədar xidmətlərin satış planının və strategiyasının hazırlanması;
- Bazar araşdırmalarının aparılması, müştəri bazasının formalaşdırılması;
- Satış planı ilə bağlı təqdimatların hazırlanması;
- Bakı şəhəri və rayonlara işgüzar səfərlərin planlaşdırılması və icrası;
- Yeni müştərilərin cəlb edilməsi, müştərilərə xidmətlərlə bağlı ətraflı məlumatın verilməsi;
- Satışı olan hər bir xidmət üzrə hesabatların hazırlanması və mütəmadi olaraq rəhbərliyə təqdim edilməsi;
- Rəhbərliyin işlə bağlı tapşırıqlarının vaxtında icra edilməsi.
Namizədə tələblər:
- Ali təhsilli;
- Yaş məhdudiyyəti: 25-37 arası
- Azərbaycan dilində mükəmməl, rus dilini yaxşı səviyyədə bilmək;
- Mühasibatlıq və maliyyə sahəsi ilə bağlı məlumatlı olmaq;
- Microsoft Office proqramlarını -WORD, EXCEL, POWER POINT yaxşı səviyyədə bilmək (POWER BI bilikləri üstünlükdür);
- Məsuliyyət, düzgünlük, dəqiqlik, etibarlılıq, stressə davamlılıq və operativlik kimi müsbət göstəricilərə sahib olmaq;
- Analitik təhlil bacarığı.
- Satış-Marketinq sahəsində azı 1 il iş stajının olması.
İş rejimi və iş vaxtı: qarşılıqlı razılıqla
Əmək haqqı: 400 manat + satış faizi (daimi)
Maraqlananlar CV-lərini elektron ünvanına 22.06.2024-cü il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində “Satış Meneceri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.