Qazanxana operatoru

  • AzerBlast MMC
  • Elanın qoyulma tarixi: 18.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İstilik və ya buxar istilik sistemlərinin daşıyıcısının qızdırması üçün nəzərdə tutulan avadanlıqların saz vəziyyətə gətirilməsi;
  • Qazanlarda suyun səviyyəsinə, buxar təzyiqinə və qızdırıcı sistemlərinə verilən suyun tempraturuna nəzarət edilməsi;
  • Nasos, mühərrik, pompa və digər mexanizmlərin iş fəaliyyətinə hakim olunması, qazanxana sisteminin sxemi və xarakteristikası tələblərinin icra edilməsi;
  • Aqreqatlara istismar xidməti göstərməklə, onların fasiləsiz və, faydalı işinin təmin edilməsi.
  • Xidmət edilən avadanlığın işə salınması, dayandırılması; sınanması və təzyiq altında yoxlanılması və istilik sxemlərində dəişdirmələrin aparılması;
  • Ölçü vasitələrinin göstəricilərinə, avtomatik tənzimləyicilərin və siqnalvericilərin işinə nəzarət edilməsi;
  • Qəza hallarının ləğv edilməsi, avadanlığın işindəki nasazlığın aşkar edilib aradan qaldırılması üçün tədbirlər görülməsi, avadanlığın təmirə çıxarılması;

Namizədə qarşı tələblər:

  • Qazanın və yardımçı avadanlığının qurluşunu və iş prinsipini, texniki xarakteristikalarını, qazan qurğusunun istilik mühafizəsini və istilik sxemini, istilik və elektrik enerjiisi istehsalının texnaloji prosesinin, suyun və buxarın keyfiyyət normalarını, ölçü vasitələrinin iş prinsipini, istilik nəzarətini, avtomatikanın prinsipial sxemlərini, qazan aqreqatlarının işçi parametrlərində buraxılan dəyişmələt həddini, istifadə edilən yanacağın və onun yanma üsullarının xassələrini, istilik texnikasının, mexanikanın, elektrotexnikanın su hazırlığının əsaslarını bilməlidir.

Bilməli olduğu qayda və təlimatlar:

  • Təhsili: Ali-texniki və ya orta ixtisas
  • Partlayıcı maddələrlə iş təlimi sertifikatı olmalı;
  • Dil bilikləri: Azərbaycan dili  – səlis; Türk dili arzuolunan;

 

Email: [email protected]