Daxili Satınalma Bölməsinin Rəhbəri

  • Ram Holding
  • Elanın qoyulma tarixi: 16.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Satınalma sahəsində 3-5 illik iş təcrübəsi (rəhbər olaraq);
  • MS Office və 1C proqramları üzrə bilik- əla səviyyədə;
  • Danışıqların aparılması bacarığı;
  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları.

Vəzifə öhdəlikləri:

  • Bölmənin idarəedilməsi, əməkdaşların sayı və funksiyaları barədə təkliflərin verilməsi, seçilməsi, strukturun yenidən qurulmasında iştirak edilməsi;
  • Bölmənin fəaliyyətini tənzimləyəcək prosedurların yazılması;
  • Satınalma əməliyyatlarının planlaşdırılması, istiqamətləndirilməsi, icraatına nəzarət olunması; 
  • Sifarişlərin uçotunun düzgün aparılması, vaxtında və keyfiyyətli icrasının təmin edilməsi;  
  • Tədarükçülərlə əlaqələrin qurulması, danışıqların aparılması, endirimlərin alınması və s. kommunikasiya fəaliyyətlərinin icra edilməsi;
  • Tədarükçü siyahısının və məlumat bazasının yaradılması, mütəmadi yenilənməsinin təmin olunması;
  • Sifariş növlərinə görə əməkdaşlar arasında vəzifə bölgüsünün aparılması və sifarişlərin bölüşdürülməsi
  • Sifarişçi şikayətlərinin araşdırılması, həlli və onlara keyfiyyətli xidmətin təmin edilməsi; 
  • Müqayisə cədvəlləri (Bids Summary) əsasında uyğun tədarükçülərin seçilməsi;
  • Sifarişlərin vaxtında, ən münasib qiymətlə və ən uyğun keyfiyyətdə satınalınaraq sifarişçiyə çatdırılmasının təmin edilməsı; 
  • İri həcmli və mütəmadi sifariş olunan mallarla bağlı tenderlər təşkil edərək, daha münasib şərtlərlə satınalma prosesini optimallaşdırmaq;
  • Tədarükçülərlə müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinin təmin edilməsi;
  • Satınalma prosesində baş verə biləcək risklərin və uyğunsuzların idarə edilməsi və həll yollarının tapılması üzrə təkliflərin rəhbərliyə təqdim edilməsi; 
  • Bölmə əməkdaşlarının bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün addımların atılması.

İş şərtlərimiz:

  • Əmək haqqı: 3000 – 3500 AZN;
  • İş qrafiki: 6 günlük (şənbə günü növbəli);
  • İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə üzbəüz;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili Satınalma Bölməsinin Rəhbəri” yazaraq göndərmələri xahiş olunur. 

Email:  [email protected]