İşin təsviri
Vəzifə öhdəliyi:
- Daxili bazarı araşdırır, danışıqlar aparır, lazımi informasiyanı toplayır daha uyğun şirkətlər barəsində rəhbərliyi məlumatlandırır;
- Alınacaq malların sifarişini hazırlayır və şöbə müdirinə təqdim edir;
- Sifariş olunmuş malların vəziyyəti ilə maraqlanır, onların düzgün daşınması və çatdırılması işini təşkil edir, hər hansı bir maneələr olarsa rəhbərliyi məlumatlandırır;
- Müvafiq müəssisələrdən yükləmə ilə bağlı lazımi sənədləri alır və uyğun struktur bölmələrə təqdim edir;
- Yükləmədən sonra malların lazımi sertifikatlarının alınması üçün sənədlərin təqdim olunmasını və müddətlərinin izlənilməsini təşkil edir;
- Malgöndərənlər tərəfindən müqavilə öhdəliklərinə əməl olunması, müqavilə öhdəlikləri pozulduqda malgöndərənlərə qarşı iddiaların qaldırılması və onların vaxtında rəsmiləşdirilməsi işlərində iştirak edir;
- Əməkdaşlıq olunan müəssisələrlə əlaqə saxlamalı və bütün işlərə nəzarət etməlidir;
- Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsini təşkil etməlidir;
- Vəzifəsinin icrası ilə əlaqədar rəhbəri tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirməlidir;
Bacarıqlar:
- Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
- Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
- İşgüzarlıq;
- Komandada işləmək bacarığı
- MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoit, 1C 8.3) istifadə bacarıqları
Tələblər:
- Ali təhsil
- Sahə üzrə 1 il iş təcrübəsi
- Təchizat ilə bağlı milli və beynəlxalq qanunverciliyi;
- Mülki məcəllənin əsaslarını;
- Təchizat ilə bağlı hüquqi-normativ sənədləri;
- MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı;
- Dürüst və vicdanlı olmalı;
- Xanım namizədlərə üstünlük veriləcək.
Təminatlar:
- Əmək haqqı: müsahibə əsnasında razılaşdırılacaq.
- Nahar və korporativ nömrə müəssisə tərəfindən qarşılanır
- İş qrafiki 6 günlük iş həftəsi, şənbə günü qısa iş günü. Bazar günü istirahət
Vakansiyaya uyğun namizədlər CV-lərini “Təchizat üzrə kiçik mütəxəssis” başlığı ilə e-mail ünvanına göndərə bilər.
Whatsapp: +99470268-45-95 (yalnız CV atmanız xahiş olunur).
Email: [email protected]