Təchizat işləri üzrə mütəxəssis

  • Elanın qoyulma tarixi: 14.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəlikləri:

  • Təchizat ehtiyaclarını proqnozlaşdırılması, proqnozlaşdırılan satınalma ilə işin icrası zamanı meydana çıxan fərqlərin araşdırılması və aradan qaldırılması;
  • Tələb olunan məhsul/xidmət üzrə bazar araşdırmasının aparılması və analiz edilməsi;
  • Xarici ölkələrdən malların vaxtında alınması, ölkəyə çatdırılması prosesini izləmək;
  • Alınan malların keyfiyyətinə nəzarət edilməsi;
  • Tədarükçü şirkətlərlə danışıqlar və yazışmaların həyata keçirilməsi;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • Etibarlı tədarükçülər bazasının yaradılması və idarə edilməsi və yenilənməsi ;
  • Satınalma prosesinin prosedurlara uyğun formada həyata keçirilməsi;
  • Şirkətdaxili xərclərin azaldılma siyasətinin həyata keçirilməsi;
  • Strukturlardan gələn satınalma və ya təchizat tələblərini nəzərdən keçirilməsi, satınalma sifarişlərinin hazırlanması və müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
  • Gündəlik işlərin planlaşdırılması və analizi;
  • Sənədləşmə işlərinin (təkliflərin yığılması və qiymət cədvəllərinin hazırlanması) həyata keçirilməsi;

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq vəzifə üzrə azı 2-3 illik təcrübə (tikinti sahəsində olması arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili səlis; Rus dili arzuolunandır;
  • MS Office proqramlarını bilməli;
  • Fiziki aktiv;
  • Məsuliyyətlilik, dürüst və dəqiq;
  • Hesablama qabiliyyəti;
  • Planlama bacarığı;

Şərtlər:

  • 6 günlük iş qrafiki:
  • İş saatları 09:00-18:00 , 09:00-15:00
  • Əmək haqqı 700-1000 AZN (NET)
  • Yaş həddi 25-35 arası.
  • Nahar və rabitə xərcləri şirkət tərəfindən təmin olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

Email:  [email protected]