Beynəlxalq əlaqələr üzrə mütəxəssis

İşin təsviri

Tələblər:

  • Beynəlxalq əlaqələr, beynəlxalq hüquq və layihələrin idarəedilməsi üzrə təcrübə;
  • Araşdırma və yüksək analitik bacarıqlara sahib olmalı;
  • Stresə davamlılıq və komandada işləmək bacarığı;
  • Yüksək təşkilatçılıq və liderlik xüsusiyyətləri;
  • Təşəbbüskarlıq və Kreativ düşüncə qabiliyyəti;
  • Tənqidi düşüncə qabiliyyəti;
  • Yeniliklərə açıq, daim özünü inkişaf etdirən biri olmalı;
  • Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;

 

Vəzifə öhdəlikləri:

  • Yerli və xarici ölkələrin dövlət qurumları və beynəlxalq təşkilatlar ilə əlaqələrin qurulması, münasibətlərin gücləndirilməsi, inkişafı və əməkdaşlığın genişləndirilməsi;
  • Qurumun fəaliyyət istiqamətinə uyğun təhlil və tətqiqatın aparılması, hesabat, təqdimat və təklif sənədlərinin hazırlanması;
  • Beynəlxalq tərəfdaşlar, tədbirlər, mükafatlar və komitələr barədə mütəmadi araşdırmaların aparılması və müqavilə layihələrinin hazırlanması;
  • Müvafiq beynəlxalq donor təşkilatlara müraciət etmək üçün layihə təkliflərinin yazılması;
  • Beynəlxalq tədbirlərin təşkili zamanı dəstəyin göstərilməsi;
  • Tədbir və görüşlər zamanı protokol dəstəyinin göstərilməsi.

Əmək haqqı bilik və təcrübə səviyyəsinə görə müəyyənləşdiriləcək. 
İş qrafiki : I-V günlər, 09:00-dan 18:00-dək.

Müraciət edənlərdən CV-lərini 31.01.2023-cü il tarixinədək mövzu hissəsində vakansiyanın adını göstərməklə elektron poçtuna göndərmələri xahiş olunur.

Email: [email protected]