İnsan resursları üzrə mütəxəssis

  • Pizza Mizza
  • Elanın qoyulma tarixi: 06.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Təhsil: Ali (bakalavr)
  • Müvafiq sahə üzrə minimum 2-5 il iş təcrübəsi
  • AR-nın Əmək Məcəlləsini bilməli
  • İşi planlaşdırma və təşkil etmə bacarığı
  • İdarəetmə, komandada işləmək  və kommunikasiya bacarığı
  • Vaxt idarəetmə bacarığı
  • Stressə davamlılıq bacarığı
  • Ünsiyyət bacarığı
  • Dil bilikləri: Azərbaycan dili, Rus dili - səlis, İngilis - arzuolunandır
  • Kompüter bacarıqları: MS Office proqramları

Vəzifələr:

  • İR/inzibati şöbəsinin ümumi gündəlik işinin təşkili, planlaşdırılması və koordinasiyasında iştirak edir
  • Sirkətdaxili bütün işçi heyətinin daxili qaydalara riayət etmələrinə dəstək verir 
  • Rəhbərlik tərəfindən təsdiq olunan məlumat və elanların, işçi heyətin diqqətinə çatdırılmasına dəstək verir
  • İşçi heyəti ilə münaqişələrin həlli və düzgün kommunikasiyanın qurulmasını təmin edir
  • Şirkətin İR standartlarını təkmilləşdirilməsində iştirak edir
  • Komanda üzvlərinin ümumi məqsədlərə çatmaqda, birlikdə səmərəli işləməsinə dəstək verir
  • Yerli qanunvericiliyi əsas tutaraq, sənədləşmənin həyata keçirilməsini təmin edir
  • İşçi heyətinin illik məzuniyyət cədvəllərinin tərtib edilməsini həyata keçirir və istifadəsini təmin edir
  • Elektron portalda (e-sosial, e-gov, emas, isb.az və s.) iş prosesini  təmin edir
  • İşçilərin şəxsi işlərinin formalaşdırılmasını (bütün sənədlərin tərtib və imzalanmasının təmin edilməsi) təmin edir
  • Əmrlərin və digər əlaqəli sənədlərin (işə qəbul, xitam, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri,) tərtibatı və imzalanmasını təmin edir
  • Ehtiyac olduqda protokol tərtibi, arayış, xasiyyətnamələrin və müvafiq sənədlərin (məktub, müraciət və s.) hazırlanmasını təmin edir
  • Aylıq tabelin hazırlanmasını və mühasibatlığa təqdim edilməsini təmin edir.
  • Əmək haqqı kartlarının sifariş edir
  • Əmək kitabçalarının doldurulması və qeydiyyatların aparılması, işçilərin stajlarının hesablanması
  • İR şöbə rəhbəri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi 

İş şəraiti:

  • 6 günlük iş rejimi;
  • AR əmək qanunvericiliyinə əsasən sənədləşmə;
  • Əmək haqqı müsahibə nəticəsinə əsasən müəyyən olunacaq;

Maraqlananlar CV-lərini “İnsan resursları üzrə mütəxəssis ” başlığı altında   elektron ünvanına göndərə bilərlər. 

Email: [email protected]