İşin təsviri
İş barədə məlumat:
- Şirkətin daxili audit siyasətinin və strategiyasının müəyyən edilməsində iştirak etmək, iş və tədbirlər planlarını hazırlamaq və icrasına nəzarət etmək;
- Bütün xidmət sahələrində audit nəzarəti və fəaliyyətini həyata keçirmək;
- Audit olunmalı fəaliyyətləri müəyyən etmək, onların vacibliyini qiymətləndirmək və müvafiq meyarlara əsaslanaraq riskin dərəcəsini təyin etmək;
- Şirkətin struktur bölmələrində səlahiyyətləri çərçivəsində daxili nəzarət tədbirlərinin, xidməti araşdırmaların, daxili audit yoxlamalarının və monitorinqlərin həyata keçirilməsində iştirak etmək;
- Müvafiq araşdırmalar aparmalı və uyğunsuzluqları kateqoriyalara ayıraraq hesabatlar hazırlamaq;
- Daxili nəzarət sisteminin yaradılması və tətbiqinə, daxili nəzarətin və risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsinə dair təkliflər vermək.
Namizədə tələblər:
- Ali təhsil;
- Yaş aralığı: 30- 50;
- Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (üstünlükdür);
- B kateqoriyası sürücülük vəsiqəsi;
- Bakı şəhəri və regionları üzrə ərazi biliyi;
- Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları;
- Kompüter bilikləri: Microsoft Office üzrə biliklər;
- Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Karyerada inkişaf imkanları.
Müraciət etmək istəyən namizədlər CV formalarını mail ünvanına mövzu hissəsinə “Audit” qeyd edərək göndərə bilərlər.
Email: [email protected]