Ərazi̇ üzrə supervayzer (Naxçıvan ərazi̇si̇ üzrə)

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 05.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Son müraciət tarixi: 05.02.2023

 Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Müvafiq Ərazi üzrə filialın əməliyyatlarının aparılmasında və kəsintisiz iş fəaliyyətinin təmin edilməsində Ərazi Menecerinə aktiv dəstək olmaq
  • Biznes əməliyyatlarını izləmək, daxili qayda və reqlamentlərə uyğun olaraq fəaliyyət göstərmələrini təmin etmək
  • İşçi Heyəti ilə davamlı əlaqədə olaraq əməliyyatların aparılmasında liderlik sərgiləmək, işçi heyətinin motivasiyasının və iş keyfiyyətlərinin artırılmasında Ərazi Menecerinə dəstək olmaqla, iş prosesi zamanı yaranmış problemlərin həllində proaktiv yanaşma göstərərək həll etmək

Namizəddən gözləntilərimiz:

  • Təhsil Bakalavr (Maliyyə, İqtisadiyyat, Marketinq və digər müvafiq sahələr üzrəarzuolunandır) 
  • Kreditvermə sahəsində ən azı 3 il iş təcrübəsi, o cümlədən  kreditvermə sahəsində 2 il  Ərazidə  işləmək təcrübəsinin olması
  • Ümumi Kreditvermə prosess və prosedurları haqqında məlumatlı olmaq, kredit məhsullarına dair kreditvermə siyasəti və prosedurları üzrə işləmə bacarıqları
  • İnzibati və idari işlərin idarə edilməsi üzrə  koordinasiya və təşkilatçılıq bacarıqları
  • Microsoft Office proqramlarını əla səviyyədə işləmə bacarığı  (xüsusən Excel,Word)
  • Azərbaycan dili-səlis.İngilis dili-arzuolunandır

Bacarıqlar:

  • Liderlik bacarığı
  • Fikrini aydın ifadə etmək  
  • Ünsiyyət bacarıqları
  • Analitik düşüncə bacarığı
  • Problemi həlletmə bacarığı
  • Təşəbbüskarlıq
  • Yenilikçi
  • Komanda işi

Qeyd:  İş vaxtının 60%-ə yaxın hissəsini Əraziyə və müştərilərə səfərlər təşkil edəcək

Seçimlərdə növbəti addımlar:

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa 05 Fevral, 2023 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

https://finca.az/jobs/supervayzer/

İşəgötürənin reytinqi