İşin təsviri
Öhdəliklər:
- Müştərilərlə biznes etikası standartlarına uyğun olaraq ünsiyyətin qurulması;
- Müştərilərlə görüşlərin keçirilməsi, təqdimat və təkliflərin hazırlanması;
- Soyuq satışın həyata keçirilməsi;
- Korporativ müştərilərlə əlaqələr quraraq, xidmətə dair tanıtımlar etmək, yeni korporativ müştərilər cəlb etmək və mövcud müştərilərlə iş fəaliyyətinin genişləndirilməsi;
- Satış hədəf və planlarının yerinə yetirilməsini təmin etmək;
- Satışdan sonra prossesləri izləyərək müştəriyə olunan xidmətin nəzarətdə saxlanılması;
- Korporativ satış ilə bağlı bazar araşdırmasının aparılması, rəqiblər və bazar haqqında informasiyaların aylıq hesabat və təkliflərin hazırlanması və buna uyğun satış strategiyasının tətbiqi.
Tələblər:
- Sahə üzrə minimum 1 ilə qədər iş təcrübəsi;
- Azərbaycan, rus dilində səlis yazı və danışıq bacarığı;
- Xanım namizədlər;
- Təqdimat hazırlama və peşəkar formada təqdim etmək bacarığı;
- Dinləmə və effektiv ünsiyyət bacarığı;
- Stressə qarşı davamlılıq.
İş şərtləri:
- İş qrafiki 6 günlük;
- Karyerada yüksəliş imkanı.
Namizədlər mövzu hissəsinə “Korporativ satış üzrə mütəxəssis” qeyd edərək elektron poçt ünvanına CV formalarını göndərərək müraciət edə bilərlər.
Email: [email protected]