İşin təsviri
İşiniz nələrdən ibarət olacaq?
- Şirkətin SƏTƏM strategiyası, prosedur və qaydalarının yenilənməsi üzrə işlər görmək və bütün görülən işlərə nəzarət etmək;
- Şirkətin SƏTƏM ilə bağlı prosedurlarında optimizasiya işləri aparmaq;
- SƏTƏM ilə bağlı bütün struktura nəzarət etmək;
- Ətraf mühitin qorunması, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına bütün şirkət daxilində əməl olunmasını daim nəzarətdə saxlamaq;
- SƏTƏM ilə bağlı rəhbərlərlə daim danışıqlar aparmaq və müvafiq sahələr üzrə lazımi tədbirləri icra etmək.
İşinizi görmək üçün sizdən nələri tələb edirik?
- Ali təhsil;
- Müvafiq sahə üzrə 10 ildən artıq iş təcrübəsi;
- Müvafiq sahə üzrə beynəlxalq sertifikatlar;
- Kənd təsərrüfatı və ya istehsalat sahəsində 5 ildən artıq iş təcrübəsi;
- Azərbaycan dili, İngilis və Rus dilləri;
- Filiallara ezam üçün açıq olmaq.
Sizdən gözləntilərimiz nələrdir?
- Təşəbbüskarlıq;
- İnnovativlik;
- Pozitivlik.
Vakansiya haqqında əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30).
Əgər siz bilik və bacarıqlarınızı bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və karyeranıza şirkətimizdə davam etmək istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
https://hr.mktcotton.com/job/setem-uzre-bash-rehber?sources