Sətəm üzrə mütəxəssis (Yarım ştat)

  • Superfon
  • Elanın qoyulma tarixi: 29.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı-Gəncə

Vəzifə Öhdəlikləri:

  • SƏTƏM üzrə müvafiq təlimatların işlənib hazırlanması;
  • İşçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilkin təlimatlandırma;
  • Yanğın təhlükəsizliyi üzrə giriş təlimatının keçirilməsi;
  • Təhlükəsiz və sağlam iş şəraiti yaratmaq üçün tədbirlərin aparılması;
  • İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlərin görülməsi;
  • İşçilərin əməyin mühafizəsi üzrə biliklərinin yoxlanılmasını həyata keçirmək;

Tələblər:

  • Ali təhsil;
  • Risklərin qiymətləndirilməsi və idarə olunması üzrə bacarıqlar;
  • FHN tərəfindən verilən “ Sənayədə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları və normaları ” üzrə sertifikat ( SƏTƏM üzrə əlavə sertifikatların olmasına arzuolunnadır);
  • Sətəm-ə aid yerli qanunvericiliyin tələblərini bilməli;
  • Əməyin təhlükəsizliyi və Ətraf Mühitin qorunmasının təmin olunması ilə bağlı lazımi biliklərə malik olmaq;
  • Yaş: 25-45;
  • Sahə üzrə iş təcrübəsi: 2 ildən artıq;
  • MS Office (Word, Excel, Outlook, Power Point) proqramlarında sərbəst işləmə bacarığı;
  • Azərbaycan dilində səlis ünsiyyət bacarığı;
  • Təlim və öyrətmə qabiliyyəti;
  • Ezamiyyətə getmə imkanı.

Təminatlar:

  • Korporativ mobil nömrə;
  • Əmək məzuniyyəti;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə;
  • Nahar ilə təmin edilmə

Müraciət qaydaları:

CV-nizi elektron poçt ünvanına mövzu bölməsində vəzifə adını - “Sətəm üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi