Big Data üzrə mühəndis (Big Data engineer)

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 28.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanı 
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Məlumat bazalarının (həm relational, həm də non-relational) yaradılması və modelləşdirilməsi bacarıqları;
  • Data analitikası üzrə konseptual biliklər;
  • ETL/ELT proseslərinə dair, strukturlaşdırılmış və strukturlaşdırılmamış dataya dair biliklər;
  • Data science və statistika sahəsində təcrübə və biliklər;
  • Data mühəndisliyi proseslərinin idarə edilməsi (prosesin tətbiqi, monitorinqi, dəstəyi) sahəsində təcrübə; 
  • Data analitikası sahəsində paylaşdırılmış hesablama sistemləri (distributed computing) üzərində proqram təminatlarının yaradılması təcrübəsi.

Bizim üçün uyğun namizəd:

  • Python və ya Scala üzrə ekspert səviyyəsində biliklər
  • Mürəkkəb SQL sorğularının yazılmasında təcrübə
  • Real-time Streaming texnologiyalarının istifadəsində təcrübə (Kafka və ya Spark Streaming)
  • Big Data alətlərinin istifadəsində təcrübə: Hive, Spark, Hadoop, Presto
  • Kubernetes, Docker və ya bənzər texnologiyalarından istifadə təcrübəsi
  • CI/CD alətlərindən (GitHub, Jenkins) istifadə təcrübəsi arzuolunandır

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

https://careers.abb-bank.az/

İşəgötürənin reytinqi