Front-end üzrə baş proqramçı (Physical channels and operations tribe)

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 28.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanı 
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Biznes prosesin proqram təminatı səviyyəsində optimal qaydada qurulması,
  • Proqram təminatının vizual və funksional tələblərini kod səviyyəsində UI/UX dizaynının texniki əsaslandırılmasını tətbiq edərək icra edilməsi;
  • Proqram təminatının tətbiqi üçün hazırlanmış texniki sənədlərin tətbiq edilməsi;
  • Proqram təminatının kodlarının təyin edilmiş standartlara (Code Convention) və müasir tələblərə cavab verən təkrar tətbiq və istifadə edilə biləcək şəkildə yazılması;
  • Proqram təminatının geniş miqyasda istifadəsi və daha sürətli işləməsi üçün kodun optimallaşdırılması;

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Minimum 2 il iş təcrübəsinə;
  • BPM sistemi üzrə iş təcrübəsinə (IBM BPM, Elma və sair)
  • Git, Gitlab üzrə iş təcrübəsinə;
  • Qeyd olunan istiqamətlər üzrə bilik və təcrübəyə: OOP prinsipləri; HTML; JavaScript; CSS; XML; JSON; UI/UX Design;
  • Müasir veb proqramlaşdırma arxitekturası və “design pattern” üzrə biliklərə;
  • Obyektyönümlü proqramlaşdırma üzrə biliklərə;
  • Agile Scrum Metodologiyası ilə bağlı biliklərə sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

https://careers.abb-bank.az/

İşəgötürənin reytinqi