B2B satış şöbəsinin müdiri

  • Aztelekom
  • Elanın qoyulma tarixi: 27.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəlikləri:

  • Mənfəət və yüksək satışa nail olmaq üçün biznes planları və satış strategiyasının hazırlanması
  • Şirkətin biznes planına uyğun olaraq illik və aylıq satış hədəflərinin müəyyən edilməsi
  • Şirkətin ümumi biznes planları və strategiyaları üzrə məqsədlərinə nail olmaq üçün şirkət müştərilərinin tələblərini uğurla yerinə yetirmək
  • B2B sahəsi üzrə bütün satış fəaliyyətlərini əlaqələndirmək, idarə etmək və rəhbərlik etmək
  • Şirkətin məlumat bazasının gələcək inkişafı üçün planların işlənib hazırlanması
  • Korporativ müştərilərin cəlb olunması və mövcud müştərilərin şirkətdə saxlanmasını idarə edilməsi
  • Satış hədəflərini planlaşdırılması və idarə edilməsi
  • Müəyyən olunmuş sahə və müştəri qrupları üzrə təyin olunmuş vaxt çərcivəsində satış hədəflərinin icra edilməsi
  • Müştəri məlumat bazasının yığılması və davamlı təklimlləşdirilməsi
  • Potensial müştərilərə satış təqdimatların hazırlanması və təqdim edilməsi
  • Həftəlik və aylıq satış fəaliyyəti haqda hesabatların rəhbərliyə təqdim edilməsi;

Kvalifakasiya üzrə tələblər və bacarıqlar:

  • Biznes, Maliyyə, Satış,Marketinq, Kommersiya sahələrindən biri üzrə ali təhsil;
  • Korporativ satış sahəsində ən az 3 il iş təcrübəsi (Telekommunikasiya, korporativ satış üzrə iş təcrübəsi üstünlük hesab olunur);
  • Rəhbər vəzifəsində çalışmış namizədlərə üstünlük verilir; 
  • MS Office proqramlarında hesabat hazırlamaq bacarığı;
  • Ünsiyyət bacarığı, müştərilərlə məmnunluq səviyyəsinin qorunub saxlanılması;
  • Azərbaycan, Rus və İngilis dili mükəmməl səviyyədə (mətnlərin hər 3 dildə yaradılması vacib olduğundan, dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir)
  • Tapşırıqların idarə olunması üzrə alət və proqramlardan istifadə;
  • Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;  
  • İdarəetmə bacarığı;
  • Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı;
  • Təşəbbüskar və yaradıcılıq;
  • Rəqib kompaniyalardan ve trendlərdən xəbərdar olmaq; 
  • Vendorlarla işləmə bacarığı;
  • Təşkilatçılıq bacarığı;
  • Vaxtın düzgün idarə olunması bacarığı
  • Təzyiq altında işləmə bacarığı

İş haqqında məlumat:

  • 5 günlük iş rejimi (bazar ertəsi - cümə) 
  • iş vaxtı: 09:00 - 18:00
  • iş yeri: Baş ofis, Bakı şəhəri

Müvafiq   tələblərə  uyğun  olan namizədlər mövzu  hissəsində B2B satış şöbəsinin müdiri vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Email: [email protected]

 

İşəgötürənin reytinqi