Kiçik elektrik mühəndisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İstismar sistemləri üzrə layihələrin elektrik quruluşunu anlamaq;
  • Tender təkliflərinin qiymətləndirilməsi və təhlilinin hazırlanmasında iştirak etmək; 
  • Əməliyyat və istismar xərclərinin azaldılması üçün layihənin təhlili proseslərində iştirak etmək;
  • Elektrik sistemi tənzimləyicisi seçimlərini təhlil etmək və sistemlə bağlı tövsiyyələr vermək;
  • Alt-sistem fəaliyyətini və tələblərin dəyişdirilməsi və ya yenilənməsini qiymətləndirilmək məqsədilə qurğuların idarə olunması üzrə ətraflı texniki məlumat vermək;
  • Müştərilər, podratçılar, memarlar və layihənin digər komanda üzvləri ilə bütün qarşılıqlı əlaqələr zamanı şirkəti təmsil etmək;
  • Texniki baxış üzrə məsul əməkdaşların işini planlaşdırmaq, prioritetləşdirmək, təyin etmək, onlara nəzarət etmək və yoxlamaq, eləcə də bu əməliyyatlarda iştirak etmək;
  • Avadanlıqlara texniki baxış keçirilməsi üzrə cədvəl və metodlar hazırlamaq, resurs tələbatlarını müəyyənləşdirmək.
  • Quraşdırma, təftiş, təmir işlərinə, nasazlığın aradan qaldırılmasına və binaların, infrastrukturların və müəssisə avadanlıqlarının gündəlik texniki baxışına nəzarətinə dəstək olmaq.
  • Ətraf mühit, sağlamlıq və təhlükəsizlik prinsiplərinə riayət olunması məqsədilə binaların və qurğuların yaxşı vəziyyətdə saxlanılması üzrə dəstək olmaq.
  • Şikayətləri araşdırmaq və onların həlli üçün müvafiq işlərin görülməsi barədə tövsiyyələr vermək; onlar barədə rəhbərliyə həftəlik hesabat vermək;

Namizədə dair tələblər:

  • Elektrik mühəndisliyi və ya aidiyyati sahə üzrə ali təhsil.
  • Müvafiq sahədə ən az 1 il iş təcrübəsi.
  • Sahə üzrə yerli ve xarici standartlar üzrə biliklərə malik olmaq
  • Zəif orta axım, torpaqlama, işıqlandırma, hesablama, güc sistemləri üzrə biliklərə malik olmaq
  • İngilis dili üzrə orta səviyyədə yazı və danışıq qabiliyyətinə malik olmaq.
  • Kompüter bilikləri (Microsoft office, AutoCAD)

Maraqlanan namizədlər email ünvanına “Kiçik elektrik mühəndisi"  başlığı ilə müraciət edə bilər. 

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.  

Email: [email protected]