SPA və Fitness şöbəsində nəzarətçi

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Qonaqların qarşılanması, SPA bölməsində qeydiyyata alınması və xidmətlərlə bağlı məlumatların verilməsi;
  • SPA bölməsi üzrə gündəlik işlərə nəzarət etmək və qonaq gözləntilərinin qarşılanması və müştəri məmnuniyyətinin maksimuma çatdırılması
  • Komanda üzvlərinin növbə cədvəllərinin hazırlanması, əməkdaşların gündəlik işlərlə təlimatlandırılması;
  • Peşəkar komanda mühiti yaratmaq;
  • İşçi heyətinə təlimlərin verilməsi və heyətin idarə edilməsi;
  • Xidmət əməliyyatları üzrə təlimatların işçi heyətinə çatdırılması və lazım gələrsə yeni şöbədaxili təlimatlar hazırlamaq;
  • Kompüter avadanlığından və internetdən optimal səviyyədə istifadə etmə bacarığı;
  • Müştərilərin qəbul, rezervasiya proseslərinə şəxsən nəzarət etmək;
  • Pul,kassa əməliyyatları üzrə gündəlik hesabtaların dəqiqliklə hazırlanması və şöbə rəhbərinə hesabat verilməsi;
  • SPA inventarlarının uçotuna nəzarət və SPA məhsullarının maksimum xidmətə hazır vəziyyətdə saxlanılmasını təmin etmək;
  • SPA prosedurları, yeni satış və xidmət siyasətinin yaradılmasında yeni ideyalar verməklə menecerə yaxından dəstək olmaq;
  • Daxil olan zəngləri və emailləri cavablandırmaq, ehtiyac duyulduğu halda digər şöbələrə yönəltmək;
  • Qonaqların qeydiyyat və qeydiyyatdan çıxma prosesində mümkün ən yaxşı xidmətlərlə təmin edilmələrini şəxsən və müntəzəm olaraq yoxlamaq, yeni prosedurlar, xidmətlərlə bağlı müştəriləri məlumatlandırmaq;
  • Digər şöbə işçiləri ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək, əsas diqqəti hotelin ümumi uğuruna və qonaqların məmnunluğuna yönəltmək;

Tələb Olunan Bi̇li̇k, Bacarıq və Təcrübə:

  • Azərbaycan, ingilis və rus dilləri - əla 
  • Kompüter və ofis texnikasından yaxşı istifadə bacarığı
  • Orta -ixtisas təhsili
  • Xoş görünüşlü, gülərüz, detallara fokuslu, pozitiv, konfliktləri həll etmək, liderlik bacarığı, mövcud problemin həllini  yerində tapmaq
  • Stressə davamlı olmaq, təzyiq altında effektiv işləmək bacarığı
  • Micros POS əməliyyat sistemindən istifadə bacarığı
  • SPA və Fitness şöbəsndə nəzarətçi istiqaməti üzrə 2 il və daha çox təcrübəsi olan namizədlərə üstünlük verilir;

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (SPA və Fitness şöbəsində nəzarətçi) göstərilməklə elektron poçtuna göndərmələri xahiş olunur.

Müsahibə üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Email: [email protected]