Rezervasiya üzrə agent

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Müştərilərdən daxil olan telefon,e-poçt sorğularını operativ və peşəkar şəkildə  cavablandırmaq və şirkət standartlarına uyğun olaraq təmin etmək;
  • Satış qiymətləri haqqında dəqiq məlumata malik olmaq və bu qiymətləri düzgün tətbiq etmək; 
  • OPERA PMS sistemi vasitəsilə rezervasiyaları daxil etmək,rezervasiyalarda dəyişikliklər etmək, rezervasiyaları ləğv etmək, təsdiq məktublarını e-poçt vasitəsi ilə müştərilərə göndərmək;
  • Mövsümi və statistik tendensiyaları anlamaq və maksimum doluluğa çatmaq üçün qiymət siyasətinə uyğun olaraq sorğuları cavablandırmaq;
  • Mehmanxana və şirkətin xidmətləri haqqında müştərilərə düzgün informasiya verə bilmək;
  • Gəliri maksimuma çatdırmaq üçün müştərilərlə əlaqələr qurmaq, həmin əlaqələri inkişaf etdirmək; 
  • Müvafiq hallarda müştərilərə əlavə xidmətlər və ya xüsusi paketlər barədə məlumat verməklə məlumatlandırmaq;
  • Müştəri məmnuniyyətini mütəmadi olaraq izləmək;
  • Ödənişlərin həyata keçirilməsi üçün təsdiq məlumatlarının qonaqlara ötürülməsini təmin etmək;
  • Rezervasiya zamanı yaranan problemlərin çevik həllini bacarmaq;

Tələb olunan Bilik, Bacarıq və Təcrübə:

  • Bakalavr təhsili,(qonaqpərvərlik və ya yaxın sahədə ixtisas dərəcəsi olan namizədə üstünlük veriləcəkdir);
  • Azərbaycan və Rus dilində səlis danışmaq; İngilis dili arzu olunandır;
  • Müvafiq sahədə təcrübə;
  • Bir neçə tapşırığı eyni zamanda təhlil etmək və idarə etmək bacarığı;
  • Yaxşı yazılı və şifahi ünsiyyətə malik olmaq;
  • Analitik düşüncə qabiliyyətinin olması;
  • Ofis proqramlarında işləmək bacarığı və Opera PMS proqramı üzrə təcrübənin olması;

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.Faktiki yaşayış ünvanı Qəbələ və ya qonşu rayonlarda olan namizədlərə üstünlük veriləcəkdir;

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Rezervasiya üzrə agent) göstərilməklə elektron poçtuna göndərmələri xahiş olunur.

Müsahibə üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Email: [email protected]