Tornaçı

  • Unimetal
  • Elanın qoyulma tarixi: 19.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Dəzgahın istismarı ilə bağlı tələbləri müəyyən etmək;
  • Dəzgahın hazırlanması prosesində istifadə ediləcək müvafiq alət, avadanlıq və materialları seçmək;
  • Kəsici alətləri, ehtiyat hissələrini və ya dəzgah əlavə edilən materialları yoxlamaq;
  • İstismardan əlavə avadanlığı yoxlamaq;
  • Maksimum səmərəlilik səviyyəsinin əldə edilməsi və iş tapşırığının yerinə yetirilməsi baxımından əməliyyatların ardıcıllığını müəyyən etmək;
  • Məhsulları emal etmək üçün tələb olunan metodları və əməliyyatların ardıcıllığını, habelə məhsulun ölçüləri və parametrlərini müəyyən etmək üçün ilkin detallar, cizgilər və texniki tələbləri öyrənmək;
  • Torna əməliyyarı üçün materialları düzgün şəkildə qoymaq;
  • İstismar prosedurlarına və istehsalçının texniki şərtlərinə uyğun olaraq dəzgahı işə salmaq, işlətmək və söndürmək;
  • Dəzgahı təmizləmək və yağlamaq, eləcə də yağlar, pas, ləkələr və kənar elementləri götürmək; 
  • İstismar zamanı dəzgahın işinə və sürətinə nəzarət etmək;
  • Mikrometr və s. bu kimi dəqiq cihazlardan istifadə etməklə qüsurların olub-olmadığını aşkar etmək və texniki tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə tamamlanmış hissələri ölçmək, yoxlamaq və ya test etmək;
  • Lazımi şəkildə yağlanmasını və ya soyumasını təmin etmək məqsədi ilə emal olunan detalı yoxlamaq.

Namizədə tələblər:

  • Sahə üzrə texniki biliklər;
  • Dəzgahların iş prinsipi və qurulması, torna dəzgahlarının konstruktiv xüsusiyyətləri və torna dəzgahlarının universal mexanizmlərinin dəqiqliklə yoxlanması qaydaları;
  • Detalların dəzgahda qurulma və yoxlanma üsulları;
  • Xüsusi torna qurğularının işlətmə qaydaları, kəsmə rejimləri;
  • Mürəkkəb torna əməliyyatları üçün sürət və iş prinsipi.
  • Kollec və ya peşə təhsili;
  • Müvafiq sahə üzrə ən az 3 illik iş təcrübəsi.