İxracın təşviqi departamentinin ixracatçılar ilə iş şöbəsinin müdiri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şöbənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
  • Şöbəni təmsil etmək;
  • Şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalamaq, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət etmək;
  • İxracatçıların qəbulunu təşkil etmək, quruma daxil olan ixracatçıların müraciətlərinə aidiyyəti üzrə baxılması və qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Şöbənin fəaliyyəti ilə əlaqədar dövlət orqanlarında təmsilçiliyi yerinə yetirmək;
  • Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək;
  • İxracatçıların maraqlarına toxunan normativ-hüquqi, metodik və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək;
  • Şöbəyə daxil olan məktub, müraciət və digər sənədlərə qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək; 
  • Şöbənin fəaliyyətinin yekunu olan sənədlərin müəyyən olunmuş qaydada aidiyyəti üzrə və ya arxivə təhvil verilməsinə nəzarət etmək;  
  • Baş verən iqtisadi dəyişikliklərə dair məlumatlı olmaq və iqtisadi təhlillər apararaq onların ixrac siyasətinə təsirini müəyyən etmək; 
  • Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində qurumun digər strukturlarından zəruri məlumat və sənədləri almaq;
  • Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün qurumun rəhbərliyinə təqdimatlar vermək;
  • Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.

İş qrafiki:

  • Bazar ertəsi - Cümə günləri, saat 09:00 – 18:00 dək;
  • Zərurət olduqda şənbə günü - yarım gün

Vəzifəyə dair tələblər:

  • Təhsilə dair tələblər: İqtisadiyyat, hüquq, idarəetmə, sosial elmlər və ya oxşar sahələr üzrə ali təhsil;
  • İş stajına dair tələblər: bu sahədə ən azı 7 il iş stajı;
  • Yaş: 27 yaşdan yuxarı;
  • Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları - yüksək səviyyədə;
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili – C1;     Rus dili - C1.

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:

  • Komanda ilə işləmək bacarığı;
  • İş planlama və təşkil etmə, idarəetmə bacarığı;
  • Mükəmməl kommunikasiya bacarığı;
  • Yaradıcı qabiliyyət;
  • Analitik təhlil;
  • Gərgin iş qrafikinə uyğunlaşma.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İxracatçılar ilə iş şöbəsinin müdiri” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.