İxracın təşviqi departamentinin ixracatçılar ilə iş şöbəsinin aparıcı mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Departament direktoru və ya şöbə müdiri tərəfindən həvalə olunmuş işləri vaxtında və keyfiyyətlə yerinə yetirmək;
  • Şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək; 
  • Müvafiq dövlət proqramları və sənədlərində quruma tapşırılmış işlərin həyata keçirilməsi ilə bağlı aidiyyəti hesabatların hazırlanmasında iştirak etmək; 
  • Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində qurumun digər struktur bölmələrindən zəruri məlumat və sənədləri almaq;
  • Şöbənin fəaliyyəti ilə bağlı aylıq, dövri hesabatların hazırlanmasında iştirak etmək;
  • İxracatçıların qəbulunda iştirak etmək, quruma daxil olan ixracatçıların müraciətlərinə aidiyyəti üzrə baxmaq və qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada müvafiq tədbirlər görmək;
  • Qurumun digər strukturları ilə əlaqəli şəkildə ixracatçılar üçün maarifləndirmə (seminar, təlim kursları və s.) tədbirlərinin keçirilməsində iştirak etmək;
  • İxracın təşviqi sahəsində qanunvericiliyi nəzərdən keçirmək və tələb olunan məlumatları şöbə müdirinə təqdim etmək;
  • İxracatçıların problemlərinin həlli istiqamətində lazımi addımları atmaq;
  • Şöbənin fəaliyyət sahəsinə aid uçot-statistik və hesabat işlərini aparılmasında iştirak etmək;
  • Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.

İş qrafiki:

  • Bazar ertəsi - Cümə günləri, saat 09:00 – 18:00 dək;
  • Zərurət olduqda şənbə günü - yarım gün.

Vəzifəyə dair tələblər:

  • Təhsilə dair tələblər: İqtisadiyyat, hüquq, idarəetmə, sosial elmlər və ya oxşar sahələr üzrə ali təhsil;
  • İş stajına dair tələblər: bu sahədə ən azı 2 il iş stajı;
  • Yaş: 23 yaşdan yuxarı;
  • Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları - yüksək səviyyədə;
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B1; Rus dili – B1.

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:

  • Komanda ilə işləmək bacarığı;
  • İş planlama və təşkil etmə, idarəetmə bacarığı;
  • Yazılı və şifahi kommunikasiya bacarığı;
  • Təqdimat bacarığı;
  • Yaradıcı qabiliyyət;
  • Analitik təhlil;
  • Gərgin iş qrafikinə uyğunlaşma.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İxracatçılar ilə iş şöbəsinin aparıcı mütəxəssisi” yazaraq  elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Email: [email protected]