Daxili nəzarət üzrə mütəxəssis (Cəlilabad)

  • Engin
  • Elanın qoyulma tarixi: 13.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Filial: Cəlilabad (Cənub bölgəsi)
Şöbə: Daxili nəzarət şöbəsi
Hesabat verir:  Daxili nəzarət şöbəsinin müdiri.

Şirkət daxili: Bütün şöbələr

Şirkət xarici: Ticarət obyektləri.

Namizədə Tələblər:

  • Təhsil: Ali təhsil (Bakalavr) 
  • Kompyuter bilikləri: MS Office, Excel-Əla, PowerPoint- Əla, SAP-a üstünlük verilir
  • Şirkətin ümumi məqsədlərini anlamalı və onlara uyğun hərəkət etməli
  • Komandada çalışma bacarığı 
  • Uzunmüddətli məqsədlərin qoyulması və onların həyata keçirilməsi
  • Yüksək təşkilatçılıq bacarığı
  • Satış sisteminin quruluşundan məlumatı olmalı

İşin təsviri:

  • Müştərilər üzrə mövcud olan borcların yoxlanılması və aktlaşdırılması
  • Müntəzəm olaraq anbarların yoxlanılmasının və mallar üzrə sayımının həyata keçirilməsi 
  • Müştərilər üçün nəzərdə tutulmuş hədiyyə malların və digər həvəsləndirici proyektlər üzrə gedən malların ticarət obyektlərində yoxlanılması və aktlaşdırılması 
  • Şirkətə məxsus nəqliyyat vasitələrinin hərəkətlərinin GPS avadanlığı ilə yoxlanılması
  • Şirkətin daxili prosedurlarına nəzarət və qayda pozuntularının qarşısının alınması 
  • Şirkət əməkdaşlarının yerdəyişməsi zamanı öhdəliklərin ötürülməsinin təşkili
  • Şirkət əməkdaşlarının işdən azad olarkən təhvil-təslim prosesinin təşkili 

Son tarix: 13.01.2023

Mövzu hissəsində vəzifənin adını “Daxili nəzarət üzrə mütəxəssis (Cəlilabad)” qeyd edərək emaili-nə göndərməyiniz xahiş olunur.

Email: [email protected]

 

İşəgötürənin reytinqi