İnsan resursları üzrə kiçik mütəxəssis

  • Xaçmaz Aqropark
  • Elanın qoyulma tarixi: 12.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Xaçmaz rayonu

Əmək funksiyaları:

  • Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı
  • Daxil olan CV-lərin qeydiyyatının aparılması, incələnməsi və vakansiyalara uyğun namizədlərin seçilməsi
  • Tələb olunan müvafiq təlim proqramlarının axtarılması və rəhbərliyə təqdim olunması
  • İşçilərin işə davamiyyət üzrə qeydiyyatını aparmaq, icazələrin izlənilməsi
  • Aylıq davamiyyət tabellərinin işlənməsi, yayınmalar barədə İR meneceri və struktur bölmə rəhbərinə məlumat vermək
  • İR üzrə əmrləşmələri hazırlamaq və 1C sisteminə daxil etmək (məzuniyyət, ezamiyyət, mükafat və s.)
  • İllik məzuniyyət planının tərtib olunmasında şöbələrə dəstək göstərmək
  • Şirkət daxili prosedur qaydalarının pozulması hallarının təsbit edir, işçilərin izahatlarının, təqdimatların və komissiya üçün zəruri olan digər məlumatları toplayaraq nizam-intizam komissiyasını təşkil edir, komissiya tərəfindən verilən əmrin icrasını təmin edir
  • İşçilərin məlumat bazasını yaradılmasına və daim yenilənməsinə nəzarət edir

Tələblər:

  • Ali təhsil (Menecment, İnsan resursları və İqtisadiyyat istiqamətləri üzrə)
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi 
  • 1C 8.3 proqramı və ƏMAS üzrə biliklər
  • MS Office (Word, Excel, PowerPoint) istifadə etmə bacarığı

Əmək haqqı: Əmək haqqı aralığı: 500-600 azn 

İş qrafiki: 09:00-18:00 ( beşgünlük iş həftəsi)

Maraqlanan şəxslər CV-lərini elektron ünvanına mövzu yerində “İR üzrə kiçik mütəxəssis” qeyd etməklə göndərə bilərlər.

Email: [email protected]