Təftiş üzrə mütəxəssis

  • Xaçmaz Aqropark
  • Elanın qoyulma tarixi: 07.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyaları:

  • İllik Təftiş planının tərtibi və plana uyğun təftiş prosedurlarını həyata keçirmək;
  • Risk əsaslı daxili nəzarətin təşkili və risk əsaslı yoxlamaların həyata keçirilməsini təmin etmək;
  • Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işini həyata keçirmək;
  • Müəssisənin nəzarət siyasəti, departamentin fəaliyyəti ilə bağlı olan müəssisə-daxili təlimat,  qayda və iş prosedurlarının layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təklifləri hazırlayıb həyata keçirmək;
  • Şirkətin maliyyə resurslarının planlaşdırılmasının və onun icra olunması vəziyyətinin uçot, statistika, məlumatların ötürülməsi, işlənilməsi, məlumat təhlükəsizliyi, icra və nəzarət sisteminin auditi və təftişini aparmaq;
  • Normativ-hüquqi aktların və müəssisədaxili qaydaların icra vəziyyətinin, Şirkətin strateji planının həyata keçirilməsinin, bütün struktur bölmələr üzrə onların əsasnamə funksiyalarının, işçilərin vəzifə təlimatlarının icrasının audit və təftişini aparmaq;
  • Müəssisədə maliyyə hesabatlarının dəqiqliyinin və etibarlığının, müəssisənin aktivlərinin qorunması vasitələrinin qiymətləndirilməsi, müəssisənin işinin yaxşılaşdırılması istiqamətində təsirli və səmərəli tövsiyələrin verilməsi;
  • Anbarlar üzrə inventarizasiya keçirmək və rəhbərliyə hesabat tədim etmək;
  • Silinmə və məhvetmə proseslərində iştirak etmək və qeydiyyatlar ilə bağlı rəhbərliyə məlumat vermək;
  • Mütəmadi olaraq heyvanların sayımını etmək və yem qalıqlarının sayılmasını təmin etmək;
  • Təftiş heyətinin işinə nəzarəti həyata keçirmək, heyətin iş keyfiyyətinin artırılmasında iştirak və inkişafına dəstək göstərmək;
  • Vəzifəsinin mahiyyətinə aid olan, Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək, kimi vəzifələri yerinə yetirir

Tələblər:

  • Maliyyə/Audit və ya digər müvafiq sahədə Ali təhsil
  • MS Office proqramlarından və 1C-dən istifadə
  • Məntiqi və analitik düşünmə tərzi;
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İstirahət: Şənbə və  bazar günü.
  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Korporativ nömrə verilir. 

Maraqlanan şəxslər CV-lərini elektron ünvanına mövzu yerində “Təftiş üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərlər.