Təhsil koordinatoru

  • Code Academy
  • Elanın qoyulma tarixi: 09.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

Təhsil Koordinatoru olaraq siz Akademiyada mövcud tədris proqramlarının dəyərləndirilməsi, keyfiyyətinə nəzarət prosesində birbaşa iştirak edəcək və həmçinin yeni tədris proqramlarının araşdırılması və yaradılması prosesini koordinasiya edəcəksiniz. Əlavə vəzifə öhdəlikləri isə aşağıdakı kimidir::

  • Tədris prosesinin keyfiyyətli şəkildə qaydalar və siyasətlər çərçivəsində tətbiqinə nəzarət;
  • Heyətin məmnunluğu ilə bağlı sorğuların təşkili;
  • Tələbələrin məmnuniyyəti ilə bağlı keçirilmiş sorğuların analizi və müvafiq məsələlər üzərində iş;
  • Dərs planlanması prosesində iştirak;
  • Akademik heyətlə əlaqəli aylıq, rüblük və illik hesabatların hazırlanması;
  • Daxili görüşlərin təşkili, görüş sonrası iş bölgüsünün qeydiyyatı və tətbiqinin izlənməsində iştirak;
  • Akademik heyət üçün tədris prosesindən kənar tədbirlərinin təşkilində iştirak;
  • Yeni tədris proqramlarının yaradılması və inkişafında iştirak;
  • Tədris materiallarının yaradılması və keyfiyyətli tətbiqinə nəzarət;
  • İT sektorunda baş verən dəyişiklikləri izləmək və yeniliklərin mövcud tədris proqramlarına uyğunluğunu analiz etmək.

Tələblər:

  • İdarəçilik, iqtisadiyyat və ya müvafiq sahədə təhsil;
  • Təqdimat və vizuallaşdırma bacarıqları;
  • Azərbaycan dilində səlis və ingilis dilində orta səviyyədə bilik;
  • Araşdırma bacarığı;
  • Rəqəmsal alətlərdən istifadə səlisliyi;
  • Komanda yönümlülük və quruculuq işləri üzrə təşəbbüskarlıq;
  • Ünsiyyət qabiliyyəti;
  • Təhsil sahəsində özünü inkişaf etdirmək istəyi;
  • Detallara yönümlülük;
  • Müvafiq sahə üzrə və ya akademik heyətlə iş təcrübəsi üstünlükdür.

 

https://glorri.com/code/638f4f078cfac6e1e10dc5ba-T%C9%99hsil%20koordinatoru?sources=JobSearch