Kiçik hüquqşünas

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin korporativ idarə edilməsində dəstək olmaq, korporativ məsələlər, o cümlədən lisenziyalaşdırma, qeydiyyat, sığorta sahəsində tənzimlənmə, vergi, əmək və digər məsələlər üzrə şöbə qarşısında qoyulmuş tapşırıqları icra etmək; 
  • Cəmiyyətin digər şəxslərlə bağlayacağı bütün növ müqavilələri hüquqi ekspertizadan keçirmək və ya tərtib etmək və bu müqavilələr üzrə Cəmiyyətin maraqlarının maksimum surətdə təmin edilməsinə nail olmaq;
  • Cəmiyyətin fəliyyətinə aid olan müvafiq qanunvericlik aktları, digər normativ hüquqi aktların və inzibati qərarların yenilənmiş toplusunu (kitabxanasını) hazırlamaq;  
  • Cəmiyyətin fəaliyyətini əks etdirən bütün korporativ hüquqi sənədlərin tam və yenilənmiş toplusunun saxlanmasını təmin etmək;
  • Cəmiyyətin rəhbər şəxslər üçün zəruri olan hüquqi hesabat və rəylərin hazırlanmasına iştirak etmək; 
  • Şöbəyə aid sənədlərin qovluqlarda yerləşdirilməsini təmin etmək;
  • bütün korparativ məsələlər üzrə yenilənmiş faylların saxlanılmasını təmin etmək;
  • Dövlət orqanlarına və özəl qurumlara ünvanlanan məktubların hazırlanmasında dəstək olmaq;
  • Cəmiyyətdə sığorta hadisələrinin tənzimlənməsi üzrə sənədləşmənin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
  • Tabe olduğu rəhbərin tapşırığına əsasən iddia və şikayət ərizələri hazırlamaq;
  • Hüquqi məsələlər ilə əlaqədar bütün dövlət orqanları, qurumlar, idarə, müəssisə, təşkilatlar, hüquqi və fiziki şəxslərlə yazışmaların layihələrini hazırlamaq;
  • Bütün məhkəmə sənədlərinin, pretenziyaların və hüquqi mübahisələrlə əlaqədar sənədləri düzgün tərtib etmək və vaxtında təqdim edilməsini təmin etmək;
  • Etibarnamə əsasında məhkəmə işləri və digər mübahisələrdə cəmiyyəti təmsil etmək;

Tələblər:

  • Sığorta sahəsində ən azı  1 il təcrübə; 
  • Ali hüquqi təhsil;
  • Azərbaycan Respublikasının qanunvericiliyini yaxşı bilmək (AR konstitusiya qanunu, məcəllələr, normativ hüquqi aktlar, Sığorta fəaliyyəti və İcbari sığortalar haqqında qanunlar, İnzibati icraat, Yol hərəkəti haqqında qanun və s.);
  • Azərbaycan dilində sərbəst ünsiyyət qurma bacarığı, (rus və ingilis dili arzu olunandır);
  • Əla yazı və nitq qabiliyyəti; 
  • Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı;
  • Şirkət və onun missiyasına yüksək sadiqlik;
  • Stressə davamlı olmaq;
  • MS Office proqramlarını yaxşı bilmək.

Göstərilən tələblərə cavab verən namizədlər CV formasını 15 Dekabr 2022-ci il tarixinədək Mövzu/Subject hissəsində “Kiçik hüquqşünas” qeyd edərək elektron ünvanına göndərə bilərlər. 

Email: [email protected]