Risklərin İdarə edilməsi üzrə mütəxəssis

  • A+Co ASC
  • Elanın qoyulma tarixi: 30.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər: 

  • İqtisad sahəsində ali təhsilin olması (Statistika və Riyazi maliyyə üstünlükdür);
  • Daxili Audit, Risklərin İdarə edilməsi, Daxili Nəzarət sahəsində ən azı 1-3 il iş təcrübəsi;
  • Azərbaycan dilində yüksək effektiv şifahi və yazılı ünsiyyət qurma, o cümlədən faəl dinləmə, tapıntıların təkliflərin təqdim edilməsi bacarığı;
  • Rus və ingilis dilləri arzu olunandır.;
  • Microsoft Office və digər proqramlar;
  • Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər;

Vəzifə öhdəlikləri:

  • Yarana biləcək potensial risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verilməsində və qərarların qəbul edilməsində iştirak edir;
  • Risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir,
  • Risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi;
  • Əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
  • Сəmiyyətin filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
  • Müəyyən edilmiş riskləri azaltmaq üçün tədbirlər planını hazırlamaq, müvafiq kollegial orqanda təsdiqləmək və müvafiq strukturlarla ilə müzakirə edərək icrasını davam etdirmək;
  • Mövcud risklər üzrə risk xəritəsinin yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
  • Rəhbərlik üçün daxili hesabatların hazırlanması.

İş şəraiti: 

  • İş yeri:  Xırdalan şəhəri 
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ; 
  • Nahar Şirkət tərəfindən təmin olunur ; 
  • 20 Yanvar metrosundan servis xidməti ilə təmin olunur; 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Risklərin İdarə edilməsi üzrə mütəxəssisyazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.