Kiçik mühasib

İşin təsviri

Öhdəliklər:

  • Ödəniş tapşırıqlarının tərtib edilməsi
  • Pul vəsaitlərinin vaxtında və düzgün uçotunun aparılması, kassa mədaxil və məxaric orderlərin doldurulması, kassa və digər pul hesabatlarının hazırlanması. İlkin sənədlərin tərtib edilməsi və onların hərəkətinə nəzarət etmək
  • Hesab və elektron qaimə-fakturalarının göndərilməsi
  • Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi
  • Yük gömrük bəyannaməsi əsasında malın maya dəyərinin hesablanması
  • Debitor və kreditorlarla üzləşmələrin aparılması
  • 1 C 8.3 proqramında mühasibat müxabirləşmələrinin işlənməsi
  • Vergilər Nazirliyi Onlayn karguzarlıq sistemi ilə işlənməsi, gündəlik VN tərəfindən göndərilmiş məktubların, bildirişlərin müvafiq şöbələr üzrə ayrılması və təqdim olunması;

Əlavə tələblər:

  • Azərbaycan dili – mükəmməl
  • Rus dili – yüksək səviyyədə
  • İngilis dili – orta səviyyədə

Əmək haqqı: 400-600 AZN

İş qrafiki: 08:45-17:45 (5/2).

Email: [email protected]

Financial Chain Corporation LLC tərəfindən digər vakansiyalar