Daxili Nəzarət Mütəxəssisi

  • Merkuri BOKT
  • Elanın qoyulma tarixi: 29.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 Vəzifə öhdəlikləri:

  • Şirkətin struktur bölmələrində daxili nəzarətin həyata keçirilməsi;
  • Şirkətin mövcud siyasət və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirinin dəyərləndirilməsi; 
  • Daxili tədqiqatların aparılması: Daxili qayda və siyasətlərin pozuntusu aşkar olunduqda səbəblərin araşdırılması;
  • Baş verən daxili qayda və siyasətlərin pozuntularının aradan qaldırılması üçün təkliflərin irəli sürülməsi;
  • Nöqsanların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
  • Daxili nəzarət tədbirlərinin nəticələri əsasında şirkətin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə rəhbərliyə təkliflərin verilməsi.

Namizədə tələblər:

  • Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
  • Maliyyə ya audit sahəsində 2 il iş təcrübəsi;
  • Qərarlar qəbul etmək və üzərinə məsuliyyət götürmək, vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;
  • Dəqiqlik, məntiqi və analitik düşünmə tərzi, təşəbbüskarlıq, çalışqanlıq, dürüstlük, və komandada işləmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
  • Excel və 1C mühasibatlıq proqramında işləmək bacarağı;
  • Ölkədaxili ezamiyyət etmək imkanı;
  • Təşəbbüskarlıq;

Əgər siz bilik və bacarıqlarınızı bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə hazır CV formalarınızı “Daxili Nəzarət Mütəxəssisi” yazaraq  email ünvanına və yaxud 0502718432 Whatsapp nömrəsinə göndərə bilərsiniz.

Email:  [email protected]