İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin Baş mütəxəssisi

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 25.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Cəmiyyətin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə Cəmiyyət tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılmasında iştirak etmək;
  • Cəmiyyətin fəaliyyətinə dair çap, video və foto materialların arxivini təşkil etmək;
  • Cəmiyyətin tanıtım materiallarının hazırlanması (prezentasiyalar, korporativ kitablar, broşurlar və s.) və ictimaiyyətə təqdim edilməsini təşkil etmək;
  • Cəmiyyətin maraq dairəsində ola bilən tədbirləri araşdırmasında və bu tədbirlərdə (ictimai tədbirlər, prezentasiyalar, sərgilər, konfranslar və s.) Cəmiyyətin nümayəndələrinin yüksək səviyyədə iştirakını təmin edilməsində və tənzimləməsində iştirak etmək;
  • Cəmiyyətin sosial informasiya siyasətinin formalaşdırılması üçün təkliflər vermək;
  • Şöbənin dövrlər üzrə iş planının tərtib edilməsində və müvafiq hesabatların hazırlanmasında iştirak etmək;
  • Şöbənin sifarişçisi olduğu müqavilələri nəzarətdə saxlayaraq uçotun aparılması;
  • Şöbənin illik büdcəsi və dövrlər üzrə büdcə planını tərtib olunmasında iştirak etmək;
  • Cəmiyyətin təşkilatçısı olduğu konfransların, tədbirlərin, seminarların, görüşlər və digər tədbirlərə dair tələb olunan çap və əyani vəsaitələrini təmin olunmasında iştirak etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Dil bilikləri: Azərbaycan və rus ədəbi dilləri üzrə əla səviyyədə yazı və tərcümə bacarıqları olmalıdır. İngilis dili arzuolunandır.
  • Komputer bilikləri: Microsoft Ofis proqramları.
  • Komanda ruhu, təşkilatçılıq, təşəbbüskarlıq ,ünsiyyət, analitik düşünmə tərzi, təqdimat bacarığı;

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil;
  • Dövri mətbuat və ya elektron media sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Əlavə olaraq tədbirlərin təşkili və sənədlərlə iş sahəsində təcrübəyə malik olmaq.

 

https://careers.azergold.az/vakansiya/bas-mutexessis-ictimaiyyetle-elaqeler-ve-marketinq-sobesi-metbuatla-is-sektoru

İşəgötürənin reytinqi