Biznes proseslərin idarə olunması üzrə aparıcı mütəxəssis

İşin təsviri

Vəzifə funksiyaları: 

  • Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərin hazırlanması və yenilənməsi;
  • Yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi;
  • Biznes proseslərin avtomatlaşdırılması üçün texniki tapşırıqların hazırlanması;
  • Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin görülməsi, biznes proseslərin monitorinqinin keçirilməsi;
  • Əməliyyat sistemi üzərindən proseslərin izlənilməsi və onların normativ sənədlər formasında tərtib edilməsi;
  • Birbaşa rəhbərinin tapşırıqlarının vaxtında və keyfiyyətli yerinə yetirilməsi, və sorğu əsasında hesabatın təqdim edilməsi;
  • Biznes proseslərin təhlili zamanı aidiyyatı olan struktur vahidlərinin nümayəndələri ilə görüşlərin təşkil edilməsi;
  • İş axışlarının “AS IS” və “TO BE” modellərin tərtib edilməsi  və birbaşa rəhbərə təqdim edilməsi;
  • İş fəaliyyəti ilə əlaqədar əzamiyyətlərin təmin edilməsi.

Vəzifə tələbləri:

  • Ali təhsil (Biznesin idarəedilməsi, “MBA” təhsili arzu olunandır)
  • Biznes proseslərinin idarə olunması üzrə və yaxud Biznes konsultantlıq sahəsində 3 il iş təcrübəsi
  • Microsoft Office proqramlarını (Excel, Word, Visio, PowerPoint) yaxşı səviyyədə bilməli
  • Dil bilikləri: Azərbaycan dili: əla, ingilis və ya rus dili: yaxşı
  • Nəticəyə yönümlü olması 
  • Komanda işi və dinamikanı anlamaq
  • Zamanın idarəolunması bacarığı
  • Yüksək analitik düşünmə qabiliyyəti
  • ERP/BPM/SFA/WMS/TMS proqram təminatları üzrə yüksək istifadə bacarığı

Əmək haqqı: Müsahibə əsasında təyin olunur. 

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Biznes proseslərin idarə olunması üzrə aparıcı mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi

Veysəloğlu Şirkətlər Qrupu tərəfindən digər vakansiyalar