Satış strukturunun Məhsulyaratma üzrə mütəxəssisi

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 24.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketinq üzrə);
  • Bank sektorunda müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus və ingilis dili bilikləri arzu olunandır;
  • MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər;
  • Analitik düşünmə, ünsiyyət və komandada işləmək bacarığı.

İşin təsviri:

  • Yeni Bank məhsullarının yaradılması, onların təşviq metodlarının seçilməsi;
  • Məhsulların satılması üçün yeni kanalların axtarılması;
  • Bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi;
  • Bankın fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili;
  • Bankın SWOT təhlilinin aparılması üçün təkliflərin verilməsi;
  • Bankdaxili proseslərin təhlilinin təşkili, onların səmərəliliyinin artırılması üçün təkliflərin verilməsi;
  • Bankdaxili prosedur və təlimatların, habelə digər bütün növ normativ xarakterli sənədlərin hazırlanmasının və təkmilləşdirilməsinin əlaqələndirilməsi;
  • Dövrü hesabatların hazırlanması və təhlili.

 

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Məhsulyaratma üzrə mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.