Texnoloji qurğuların təmiri üzrə çilingər(lər)

İşin təsviri

 

Texnoloji qurğuların təmiri üzrə çilingər(lər)

6-cı dərəcə

İşin xüsusiyyəti

• Mexanizmlərdən istifadə etməklə xüsusi nadir qurğuların, aparatların, maşın və aqreqatların təmiri, quraşdırılması, sökülməsi, yığılması, sınaqdan keçirilməsi və tənzimlənməsi, istismar və təmir zamanı aşkar edilən qüsurların aradan qaldırılması.
• Təmir edilmiş avadanlığın dəqiqliyinin yoxlanması və yük altında sınaqdan keçirilməsi.
 
5-ci dərəcə

İşin xüsusiyyəti

• Mexanizmlərdən istifadə etməklə xüsusi mürəkkəb maşın qurğularının, aparatların, boru kəmərlərinin, armaturanın sökülməsi, təmiri, yığılması və təmirdən sonra təhvil verilməsi.
• Detalların və qovşaqların 6-7 kvalitet (keyfiyyət) (1-2-ci dəqiqlik dərəcələri) üzrə çilingər işlənməsi.
• Kip, gərginliklə oturdulan avadanlıq və qovşaqların sökülməsi, təmiri və yığılması. Avadanlığın texniki şəhadətləndirilməsi.

4-cü dərəcə

İşin xüsusiyyəti

• Qaldırıcı mexanizmlər tətbiq edilməklə maşınların, aparatların, boru kəmərlərinin və armaturanın mürəkkəb qurğularının sökülməsi, təmiri və yığılması.
• Detalların 7-10-cu kvalitetlər (2-3-cü dəqiqlik dərəcələri) üzrə işlənməsi.
• Tutum avadanlığının işçi və nəzarət qoruyucu klapanlarının çıxarılması və yerinə qoyulması, Təmirdən sonra avadanlığının yığılması və quraşdırılması üçün mürəkkəb qurğuların hazırlanması. Təmir ediləcək avadanlıq üzrə qüsur siyahısının tərtib edilməsi.

Tələblər

Təhsil:   

• orta ixtisas təhsili olan şəxslərə üstünlük verilir

İş təcrübəsi:  

• müvafiq iş üzrə 3 il iş stajı

Bilməlidir:

• mürəkkəb avadanlığın təyinatı, quruluşu və konstruktiv xüsusiyyətləri;
• xüsusi mürəkkəb avadanlığın təmiri, sınanması və istismara verilməsi üzrə texniki şərtlər;
• avadanlığın təmiri, yığılması, quraşdırılması zamanı texnoloji ardıcıllıq və əməyin təşkili;
• metalların texnologiyası xüsusi mürəkkəb və əsas qovşaqların bərpa edilməsi üsulları;
• təmirdə istifadə edilən materialların bütün növləri;
• maşınların statik və dinamik tarazlanması;
• yeyilmiş detalların bərpa edilməsi üsulları;
• yüksək təzyiq altında işləyən avadanlıq və aparatların təmir edilməsi üsulları;
• avadanlığın işlək detallarına, qovşaqlarına və mexanizmlərinə buraxıla bilən ağırlıq;
• avadanlığın təmiri və texniki xidmət sistemi.

Əmək haqqı və digər imtiyazlar:

• Dərəcədən asılı olaraq 420-740 AZN xalis
• Tibbi və icbari sığortalar
• Şirkət nəqliyyatı ilə iş yerinə və iş yerindən daşınma
• Şirkət hesabına nahar

Əlaqə vasitələri

Maraqlı olan Şəxslər CV-rini [email protected] ünvanına göndərmələri xahiş olunur.