İstehsalat mexaniki

İşin təsviri

 

İstehsalat mexaniki

Əmək funksiyası

• Qazın emalı üzrə qurğuların bütün növlərdən olan aparat, avadanlıq və kommunikasiyalarının qəzasız və etibarlı işini, aparat və avadanlıqların düzgün istismarını, onların vaxtında və keyfiyyətlə təmirini və yeniləşdirilməsini təmin edir.
• Aparat və avadanlıqlara müntəzəm baxış keçirilməsini, plan-xəbərdarlıq təmir qrafiklərinin, pasport və digər sənədlərin tərtib olunmasını təşkil edir.
• Qovşaq və detalların təmiri və bərpası üzrə mütərəqqi metodları, həmçinin aparat və avadanlıqların xidmət müddətinin artırılması və boşdayanmalarının ixtisarı, təmirin dəyərinin azaldılması və keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirləri işləyir və həyata keçirir.
• Avadanlıq və aparatların, ayrı-ayrı detal və qovşaqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aşkar etmək məqsədilə onların iş şəraitini tədqiq edir.
• Aparat və avadanlıqların işlərinin, onların boşdayanma səbəb və müddətlərinin, təmir və modernləşdirmə üzrə yerinə yetirilmiş işlərin uçotunu təşkil edir.
• Avadanlıqlarda baş vermiş qəzaların səbəblərinin təhqiqində, qəza və istehsalat zədələnmələrinin qarşısının alınması üzrə tədbirlərin işlənməsində iştirak edir.
• Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasını təmin edir.
• Təmirə ayrılmış vəsaitlərin xərclənməsinə, təmir üçün zəruri olan material, ehtiyat hissələri və alətlərin alınmasına dair sifarişlərin tərtib olunmasına, onların istifadəsi üzrə uçot və hesabatların aparılmasına nəzarəti həyata keçirir.
• Avadanlıqların təmiri və modernləşdirilməsi üzrə səmərələşdirici təklifləri və ixtiraları müzakirə edir, onlar üzrə rəylər verir, qəbul olunmuş təkliflərin tətbiqinə təminat yaradır.
• Aparatların, avadanlıqların təmirini həyata keçirən və onları saz vəziyyətdə saxlayan istehsalat (sahə) işçilərinə rəhbərlik edir.

Tələblər

Təhsil:   

• ali texniki təhsil

İş təcrübəsi:  

• təmir üzrə usta vəzifəsində və ya digər mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı

Bilməlidir:

• istehsal avadanlıqlarının iş rejimlərini, təyinatlarım, konstruktiv xüsusiyyətlərini və texniki xarakteristikalarını;
• onların texniki-istismar qaydalarmı;
• təmir işlərinin texnologiyası və təşkilini;
• qüsur cədvəllərinin və digər texniki sənədlərin tərtib olunma qaydalarım;
• avadanlıqların təmirə verilmə və təmirdən alınma qaydalarmı;
• əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını

Əmək haqqı və digər imtiyazlar:

• 800-1000 AZN xalis
• Tibbi və icbari sığortalar
• Şirkət nəqliyyatı ilə iş yerinə və iş yerindən daşınma
• Şirkət hesabına nahar


Əlaqə vasitələri

Maraqlı olan Şəxslər CV-rini [email protected] ünvanına göndərmələri xahiş olunur.