Hüquqşünas köməkçisi

İşin təsviri

Tələblər:

  • Ali təhsil (Texniki üstünlük verilir);
  • Azərbaycan-dili Rus-dili, İngilis-dili (arzuolunan)
  • Hüquq sahəsində  minimum 6 ay 1 il təcrübə
  • Microsoft Office (Outlook, MS Excel, Power Point) – istifadəçi səviyyəsi;
  • Analiz, problemlərin həlli və qərarvermə;
  • Dəqiqlik və təfsilatlara yönümlülük;
  • Uyğun sertifikatlar

Vəzifə öhdəlikləri:

  • Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirilməsi və tənzimlənməsi üçün öz səlahiyyətləri çərçivəsində və şöbə rəhbərinin tapşırıqlarına uyğun qaydada zəruri tədbirlər görmək;
  • Şirkətin nümunəvi müqavilə tərtibatının təmin edilməsində iştirak etmək;
  • Şirkətin hüquq və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslər qarşısında müdafiəsini təmin etmək;
  • Hüquqi təhlil və ekspertiza işinin həyata keçirilməsində iştirak etmək;
  • Şirkətin tərəfdaşlarından daxil olmuş müraciətlərdə hüquqi xarakterli məsələlərə baxılmasında və onlara dair hüquqi rəy hazırlanmasında iştirak etmək;
  • Tələb olunduğu halda, müvafiq müqavilələrin notarial qaydada rəsmiləşdirilməsini və (və ya) dövlət qeydiyyatına alınmasını təmin etmək;
  • Fəaliyyət istiqamətlərinə və şöbə rəhbərinin tapşırıqlarına uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirmək

Əlavə məlumat:

  • 5 günlük iş qrafiki
  • Əmək haqqı: (müsahibə nəticəsində müəyyən olunur)
  • İş yeri: Babək Plaza ; Xətai rayonu
  • İş saatı: 09:00-18:00;

Zəhmət olmasa CV - nizi fotoşəkili ilə [email protected]  elektron poçt  ünvanına "Hüquqşünas köməkçisi" yazın. Əlaqə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə