İşin təsviri
Öhdəliklər:
- Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsinin təşkil edilməsi;
- Marka yaradılması (brendinq) və inkişafı yolunda planların qurulması;
- Şirkətin sosial şəbəkə hesablarının idarəedilməsinin təmin edilməsi;
- Şirkəti sosial şəbəkələrdə PR-nın aparılması, sosial səhifəsinin daha çox tanıdılması və inkişaf etdirilməsi;
- Mövzuya uyğun olaraq yüksək keyfiyyətdə cəlbedici kontentin (mətn, foto və video) hazırlanması və ya seçilməsi;
- Sosial şəbəkə üzrə xüsusi kontent (post) mövzularının həftəlik qrafikinin qurulması və markaya uyğun aylıq rubrikaların yaradılması;
- Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi;
- Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi;
- Marka mesajının doğru kommunikasiya kanalları vasitəsi ilə hədəf kütləyə çatdırılmasının təmin edilməsi;
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair təkliflərin irəli sürülməsi.
Tələblər:
- Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin bakalavr və ya magistr təhsilinin olması;
- Marketinq üzrə mütəxəssis vəzifəsində 1 ilə qədər iş təcrübəsinin olması;
- Yüksək səviyyədə kompüter bilikləri;
- Rus və ingilis dillərini bilməsi üstünlükdür;
- Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
- Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərar vermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır.
İş şərtləri: 6 günlük iş qrafiki.
Namizədlər mövzu hissəsinə “Marketinq üzrə mütəxəssis” qeyd edərək elektron ünvanına CV formalarını göndərərək müraciət edə bilərlər.
Email: [email protected]