Keyfiyyətə nəzarət üzrə mütəxəssis

İşin təsviri

Vəzifə funksiyaları: 

  • ISO 9001:2015, BRC, IFS, ISO 22000:2018, FSSC 22000 və  digər yerli, regional və beynəlxalq standartlara uyğun bütün tələblərin həyata keçirilməsini təmin etmək
  • Anbara qəbul edilən qida  məhsullarının keyfiyyətinə mövcud standartların tələbləri və referans nümunələr üzrə nəzarət etmək
  • Qablaşdırılan məhsulların qablaşdırmasının bütövlüyünü, markalanmanın düzgünlüyünü yoxlamaq
  • Məhsulların rəf ömrü standartlarının tələblərinə uyğunluğunu yoxlamaq
  • Məhsulların düzgün temperatur rejimlərində saxlanılmasına nəzarət etmək
  • FİFO prinsipinə əməl edilməsini təmin etmək
  • Anbarda və nəqliyyat vasitələrində (qəbul və göndərilməsi zamanı) mal qonşuluğu qaydalarını yoxlamaq
  • Qablaşdırma material, ləvazimat və aparatlarının təmizliyinə nəzarət edilməsi
  • Proseslə əlaqədar forma, təlimat və prosedurların yazılması və işlək vəziyyətdə olmasını təmin etmək
  • Anbar və qablaşdırma sahəsində temperatur, nisbi rütubət nəzarətini və qeydiyyatını aparmaq
  • Qida təhlükəsizliyi və gigiyena tələblərinin icra olunub-olunmamasına nəzarət etmək
  • Yararsız məhsul haqqında aidiyyəti əməkdaşlara və birbaşa rəhbərinə dərhal məlumat vermək
  • Daxili və xarici auditin aparılması prosesində iştirak etmək,audit zamanı aşkarlanmış uyğunsuzluqları aradan qaldırmaq
  • Bölmə rəhbərinin təlimatları üzrə aylıq hesabatların hazırlanmasının təşkili
  • İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. 

Vəzifə tələbləri:

  • Ali təhsil 
  • Məhsul standartları ilə işləmə bacarığı
  • Səlis rus dili biliyi
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi (Qida sahəsində təcrübə üstünlükdür)

Əmək haqqı: Müsahibə əsasında təyin olunur. 

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.   

Email: [email protected] 

İşəgötürənin reytinqi