İşin təsviri
                
                
                                
                İş barədə məlumat:
	- Mühasibat, vergi uçotu ilə bağlı əməliyyatlar.
 
	- Vergi orqanları ilə yazışmalar
 
	- Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
 
	- E-Qaimə fakturalarının, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
 
	- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
 
	- Vergi hesabatlarının (Əmlak, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
 
	- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
 
	- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
 
	- Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilməsini nəzarət altında saxlamaq
 
	- Avans ödənişləri və onların YGB ilə bəyan edilməsini nəzarət altında saxlamaq
 
	- Müəssisənin debitor və kreditor borcların, nağd vəsaitlərin ,mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və uçotunun həyata keçirilməsi
 
	- Bütün növ mühasibat əməliyyatlarının 1C ( (8.3) mühasibatlıq proqramına daxil edilməsi
 
	- Bank ödəniş tapşırıqlarının hazırlanması
 
	- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə
 
Namizədə tələblər:
	- Təhsil: Ali təhsil (Mühasibat, Maliyyə, İqtisadiyyat)
 
	- Tələblər: Topdan Satış sahəsində ən azı 5 il iş təcrübəsi
 
	- Dil bilikləri: Azərbaycan ,Rus, Ingilis  dili
 
İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək (Şənbə və Bazar günü istirahət günü)
Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini  [email protected]  e-mail ünvanına mövzu yerində “Baş mühasib” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibə üçün dəvət olunacaqlar.