Maliyyə risklərinin idarə edilməsi və daxili hesabatlıq şöbəsinin mütəxəssisi

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 10.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Yaş: 23 - 33
  • Ali təhsil: Maliyyə və Mühasibatlıq sahəsində
  • Təlim və kurslar: ACCA bilikləri üstünlükdür
  • İş təcrübəsi: maliyyə sahəsi üzrə 1 il
  • Dil bilikləri: Azərbaycan dili,rus dili, ingilis dili
  • Kompyuter bilikləri: MS Office, 1C

Əsas vəzifə öhdəlikləri:  

  • Dövri (rüblük, aylıq və s.) olaraq maliyyə hesabatlarını hazırlamaq və maliyyə göstəricinin təhlilini aparmaq
  • Büdcənin hazırlanmasında iştirak etmək, xərclərin büdcəyə uyğunluğunun monitorinqini həyata keçirmək;
  • Xərclər üçün müraciətlərin məlumat bazasını və hesabatlarını hazırlamaq
  • Maliyyə hesabatlarının analizini aparmaq
  • Şirkətin investisiya siyasətinə uyğunluğu təmin etmək məqsədi ilə analizlər aparmaq və lazımı hesabatlar tərtib etmək
  • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək

Şəxsi keyfiyyətlər:

  • Analitik düşünmə
  • Ünsiyyət qurmaq bacarığı
  • Məsuliyyət
  • Dəqiqlik
  • Komanda ilə işləmə
  • Aktiv öyrənmə bacarığı

İş şərtləri:

  • İş vaxtı 09:00 - 17:30
  • İş günü 5/2  (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Əmək haqqı: müsahibə əsnasında təyin olunacaqdır

Məlumatlandırıcı qeydlər:

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
  • CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
  • Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
  • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
  • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini  [email protected]  mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Maliyyə Risklərinin idarə edilməsi və daxili hesabatlıq şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.