Biznesin inkişafı üzrə mütəxəssis

  • AS Nagliyyat
  • Elanın qoyulma tarixi: 03.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Şirkətin fəaliyyət göstərdiyi makro və mikro mühitin daimi təhlil edilib, hesabatların hazırlanması;
  • Biznes tələblərinin müəyyənləşdirilməsi, planlaşdırılması və monitorinqi;
  • Biznes proseslərinin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
  • Analiz zamanı hesabat hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;
  • Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin görülməsi, biznes proseslərin monitorinqinin keçirilməsi;
  • Əldə edilmiş nəticələrin müvafiq forma üzrə vizuallaşdırılması, gələcək dövr üçün proqnozların verilməsi;
  • Müştəriləri və biznes mühitini təhlil etməklə məhsullar üzrə təkliflərin araşdırılması;
  • Yeni biznes imkanlarının dəyərləndirilməsi və qərar prosesində rəhbərliyə dəstək vermək;
  • Biznes proseslər üzrə texniki sənədlərin ( texniki tapşırıq, use-case, istifadəçi təlimatları) hazırlanması;
  • Layihələrin texniki rəhbərləri ilə texniki tapşırıqların müzakirəsi və komanda ilə görüləcək işlərin və layihə planın hazırlanmasında iştirak;
  • Biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi və təhlili;
  • Gündəlik biznes prosesləri anlamaq üçün biznes vahidləri ilə işləmək;
  • Mənfəət və zərər proqnozu, bazar araşdırması kimi öhdəliklərin yerinə yetirilməsi;
  • Mümkün olan bütün vasitələrdən istifadə edərək işgüzar ünsiyyətin qurulması.

Namizəddən tələblər:

  • Ali təhsil ( iqtisadiyyat və ya biznesin idarəedilməsi üzrə);
  • Biznesin inkişafı və ya marketing üzrə 1 il iş təcrübəsi;
  • MC Office proqramlarından istifadə bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (rus və ingilis dillərini bilməsi arzuolunandır);
  • Müşahidə və analiz qabiliyyətinin olması;
  • Problemləri həll etmə bacarığı;
  • Strateji düşünmə və analitik təhlil bacarığı;
  • Stresə davamlılıq;
  • İnformasiyanın təhlili və analiz etmək bacarığı;
  • Müxtəlif iş tapşırıqlarının eyni vaxtra icra edilməsi qabiliyyəti;
  • Yüksək ünsiyyət, təqdimetmə və komandada işləmək bacarığı.

Digər məlumatlar:

  • Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarığına uyğun olaraq müəyyən ediləcəkdir.
  • İş qrafiki: 6 günlük.
  • Nahar şirkət tərəfindən qarşılanır.

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “Biznesin inkişafı üzrə mütəxəssis”, qeyd etməklə CV formalarını mail ünvanına göndərə bilərlər. 

Email: [email protected]