SƏTƏM üzrə mühəndis

  • AS Nagliyyat
  • Elanın qoyulma tarixi: 06.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəssisədə əməyin mühafizəsi və texniki təhlükəsizliyə riayət olunmasına nəzarət etmək;
  • Şəxsi heyyətə və struktur bölmələrə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin həll olunmasına kömək etmək;
  • İş yerlərinin sanitariyasına nəzarət və binanın, qurğuların, avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
  • Yeni işə daxil olan işçiləri əməyin mühafizəsi üzrə giriş təlimatını aparmaq,struktur bölmələr tərəfindən əməyin mühafizəsi üzrə ilkin,təkrar və s. təlimatların vaxtında keçirilməsinə nəzarət etmək;
  • Müəssisədə əməyin mühafizəsi üzrə planlar,prosedurların hazırlanmasında iştirak etmək;
  • Əməyin mühafizəsi üzrə peşə təlimatlarının,habelə təlimat metodikalarının hazırlanmasına köməklik göstərmək;
  • Müəssisədə əməyin mühafizəsi üzrə risklərin qiymətləndirilməsində iştirak etmək;
  • İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
  • İstehsalatda baş vermiş bədbəxt hadisələrin və insidentlərin daxili və xarici tədqiqatında iştirak etmək.
  • Müəssisədaxili Norma və qaydalara uyğun olaraq hesabatları hazırlamaq.

Tələblər:

  • Ali təhsilli(müvafiq sahə üzrə ali təhsilin olması üstünlükdür);
  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
  • Ofis proqramlarında işləmək bacarıqları;
  • FHN tərəfindən əməyin mühafizəsi norma və qaydaları üzrə şəhadətnamə;
  • Azərbaycan dili (Rus və İngilis dili biliyinin olması üstünlükdür);
  • Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür (Yanğın təhlükəsizliyi,İlk yardım,Risklərin qiymətləndirilməsi,Bədbəxt hadisələrin araşdırılması və s.);

Digər məlumatlar:

  • İş rejimi: 5 günlük iş rejimi;
  • Əmək haqqı: Minimum 800 azn-dən başlıyır;
  • Nahar şirkət tərəfindən qarşılanır.