Laborant Texnik

İşin təsviri

İş haqqında məlumat:

  • Həkimin rəhbərliyi altında laboratoriya tədqiqatları aparır.
  • Tədqiqatın aparılması üçün sərbəst olaraq laboratoriya cihazlarını, reaktivləri, kimyəvi qab-qacağı, bəsləyici mühitləri, dezinfeksiyaedici məhlulları və s. hazırlayır.
  • Tədqiqat üçün daxil olmuş materialı qəbul edir və qeydiyyatını aparır, onun düzgün qablaşdırılmasını və vaxtında çatdırılma müddətini yoxlayır.
  • Laboratoriya alətlərinin, qablarının və materiallarının sterilizasiyasını aparır.
  • Təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarına riayət edir.
  • Tədqiqatların nəticələrini həkimə təqdim edir.