Aqronom (satış üzrə)

  • Buta Group
  • Elanın qoyulma tarixi: 26.10.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müştərilər ilə görüşlər təşkil edir;
  • Satış prosesinin icra edilməsi zamanı, müştərilərə bitkilərin əkilməsinin istehsal planlarını, növlərini və əkin prosesinə uyğun dərman vasitələrinin miqdarının hazırlanma qaydaları haqqında məlumat təqdim edir;
  • Müştərilərin əkin sezonları başlamadan öncə onların əkin sahələri haqqında məlumatları əldə edir və əkin prosesində lazım olan dərman vasitələri haqqında müştərilərə  məlumat təqdim edir;
  • Torpağın münbitliyinin yaxşılaşdırılmasına və məhsuldarlığın artırılmasına yönəlmiş aqrotexniki tədbirlər haqqında məsləhətlər verir; 
  • Torpağın səpin və əkin üçün hazırlanması qaydalarını uyğun olaraq müştərilərə dəstək verir;  
  • Bağçılıq, istixana və əkin sahələri üçün lazımi dərman vasitələrinin istifadə qaydaları haqqında müştərilər ilə online və ya fərdi görüşlərin keçirilməsini icra edir; 
  • Ziyan verici həşaratlara qarşı istifadə edilən dərman reseptlərinin təyin edilməsində iştirak etmək;
  • Müştərilərin tələblərinə uyğun yeni dərman vasitələrin təminatlığını təmin edir.

Təhsil və iş təcrübəsi:

  • Aqronomluq, Torpaqşünaslıq və aqrokimya, Aqrotexnologiya sahələri üzrə təhsil;
  • Minimum 2 il satış (istixana, bağçılıq, açıq sahə əkinləri üzrə) vəzifəsi üzrə təcrübə. 

Bacarıq və səriştələr:

  • Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
  • Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Ms. Office programları, PowerPoint, Excell orta səviyyədə.

Təminatlar:

  • Telefon limiti
  • Nəqliyyat xərcləri

Bilməlidir:

  • Kənd təsərrüfatı istehsalı texnologiyasını;
  • Tarla, bağ, tərəvəz bitkilərinin becərilməsi üsulları haqqında məlumat;
  • Satış texnikası; 
  • Bazar araşdırması, satış və danışıqların aparılması prinsipləri haqqında biliklər.

Müraciət qaydası:

Zəhmət olmasa CV-lərinizi e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Aqronom (Satış üzrə)” qeyd etməyi unutmayın.

Vakansiya haqqında:

İş yeri: Bakı, Nəsimi rayonu, Rəşid Behbudov 71

İş saatı : Həftədə 5 gün həftəlik 40 saat olmaqla

İşə başlama tarixi: Təcili

Əmək haqqı: Müsahibə əsnasında təyin olunacaq 

Email: [email protected]