Korporativ satış üzrə mütəxəssis

İşin təsviri

AXA MBASK Sığorta Şirkəti ASC-nin rəsmi  tərəfdaşı  olan “Express” Sığorta Agentliyi  korporativ satış üzrə mütəxəssis vakansiyalarını elan edir.
Korporativ satış şöbəsinə işləyəcək işçilər hüquqi şəxslərə agentliyin sığorta məhsullarını təklif edəcəklər və şirkətin Azure Biznes Mərkəzindəki baş ofisində ştat vəzifələrinə uyğun olaraq fəaliyyət göstərəcəklər.  Fəaliyyətlərinin səmərəliyini artırmaq məqsədi ilə işçilər nəqliyyat vasitələri ilə təmin olunacaqlar. 

Namizədlərə dair tələblər:

1. Sığorta sahəsində ən azı bir il iş təcrübəsi
2. Korporativ (hüquqi şəxslər) müştərilərə satış sahəsində ən azı iki il iş təcrübəsi
3. Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı;
4. İngilis dilində danışıq bacarığı arzu olunur
5. Ali təhsilin olması;
6. Fərdi şəkildə və kollektivdə işləmə bacarığı;
7. Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması üstünlükdür

Əmək haqqı : namizədlərin bacarıq və təcrübəsindən asılı olaraq 500 manatdan 1000 manatadək  və əlavə olaraq satışa görə mükafat.
Namizədlər aşağıdakı elektron ünvanına CV-lərini göndərə bilərlər:  [email protected]