Baş anbardar

  • Azbadam MMC
  • Elanın qoyulma tarixi: 24.10.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Anbar proseslərinin prosedura uyğun olaraq təşkil edilməsi, həmçinin proqram təminatına vaxtında və dəqiqliklə işlənməsinə nəzarət edilməsi;
  • Mərkəzləşmiş anbar sisteminin qurulmasında iştirak etmək və daimi işlək vəziyyətinin təmin edilməsi;
  • Əmtəə-maddi sərvətlərinin inventarlaşmasının aparılmasında iştirak edilməsi;
  • Mal-material qiymətlilərinin anbara qəbulu, onların mühafizəsi və buraхılması, yenidən geri alınması, anbar sahəsindən səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsi;
  • Anbara yığılmış əmtəə-maddi sərvətlərin saхlanılmasının, mühafizə rejiminə əməl edilməsinin, əməliyyatların hesabının aparılmasının təmin edilməsi;
  • Rəsmiləşdirmə qaydalarına və mədaхil-məхaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, müəyyən olunmuş hesabatın tərtib edilməsi;
  • Anbarda, məntəqədə əməyin mühafizəsi, təhlükəsizlik teхnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılması, mühafizə olunması və vaхtında tədarükçüyə qaytarılmasının təşkil edilməsi;
  • Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanması;
  • Materialların mühafizə olunduğu yerə aparılması (əl ilə və ya ştampellərin və başqa mexanizmlərin köməyi ilə) və eyni zamanda görünüşünə, keyfiyyətinə, təyinatına və başqa əlamətlərinə görə çeşidlərə ayrılmasının təşkil edilməsi;
  • Anbarda qorunub saxlanılan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunun aparılması.

Tələblər:

  • Ali təhsil
  • Müvafiq vəzifə üzrə minimum 2 il iş staji
  • Microsoft Office proqramları üzrə biliklər.
  • ERP proqramı üzrə təcrübə üstünlükdür.
  • İş yeri Türkan qəsəbəsində yerləşir
  • Nahar, nəqliyyat və könüllü tibbi sığorta ilə təmin edilir.

 

https://glorri.com/azbadam/635670243ccb6e55e807914a-Ba%C5%9F%20anbardar?sources=JobSearch